Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Dövlət Departamentindən Sərkisyan rejiminə bəraət kimi bəyanat


Vaşinqton Ermənistan olaylarına loyal münasibət bildirdi; Azərbaycanda keçirilən seçkilərə münasibətdə isə ATƏT DTİHB-nin rəyini müdafiə etdi


ABŞ Dövlət Departamenti Ermənistanda son günlər baş verən hadisələrə az qala bəraət qazandıran çox yumşaq bir mövqe bildirib.

Dövlət Departamenti Ermənistandakı səfirliyin facebook səhifəsində son günlərdə ölkədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Biz İrəvanda və Ermənistanın başqa şəhərlərində çoxlu sayda etiraz aksiyalarının keçirilməsinin şahidi oluruq. Ermənistanın minlərlə vətəndaşı öz ifadə və toplaşmaq azadlıqlarını gerçəkləşdirmək üçün küçələrə çıxıb. Biz İrəvanın mərkəzində və Ermənistanın digər şəhərlərində gedən etiraz aksiyalarını diqqətlə izləyirik. Xüsusilə etirazçıların əksəriyyətinin son bir neçə gündə polislərə qarşı məsuliyyətli və nəzakətli davranışı bizi olduqca ruhlandırır. Lakin polislərlə etiraz edənlər arasında baş verən toqquşmalardan da olduqca narahatıq. Biz bütün tərəfləri təmkin nümayiş etdirməyə və hər hansı zorakı hərəkətlərdən qaçmağa çağırırıq”.

Qeyd edək ki, artıq 6 gündür Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir seçilməsinə yönəlik etirazlar bütün ölkəni bürüyüb. Aprelin 16-da İrəvanın mərkəzindəki Baqramyan prospektində polislə nümayişçilər arasında baş verən toqquşmada onlarla insan yaralanıb.

Göründüyü kimi, ABŞ Dövlət Departamentinin Ermənistanda baş verən hadisələrlə bağlı yaydığı bu bəyanatın mətni xeyli yumşaqdır. Ermənistanda olduqca gərgin hadisələr baş verməkdədir: müxalifətçilər küçələrdə döyülür, həbs edilir, sıxışdırılır. Onların etirazı isə sırf siyasi motivlərlə bağlıdır, bir adamın müxtəlif maxinasiyalardan istifadə edərək hakimiyyəti əlində saxlamasına, mafioz-klan hakimiyyəti qurmasına etiraz edirlər.

Ancaq başqa superdövlətlər kimi, ABŞ da gerçək durumu görməməzliyə vurur, diktatura rejimi quran Ermənistan rəhbərliyini sərt dillə tənqid etməkdən yayınır.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan qat-qat zəif və yumşaq etiraz aksiyaları keçirilən ölkələrdə polisin davranışını “qeyri-adekvat zor tətbiq etmək” kimi dəyərləndirir, o ölkələrin rəhbərliyini sərt şəkildə tənqid edir. Ancaq son bəyanat da göstərir ki, Ermənistana yanaşma fərqlidir.

Ermənistan hakimiyyətinə loyal münasibət ortaya qoyan ABŞ Dövlət Departamentindən Azərbaycanda keçirilən seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ilkin rəyini bölüşdüyü barədə açıqlama verilib. ABŞ Dövlət Departamentinin nümayəndəsi “Turan”ın Vaşinqtondakı müxbirinin sorğusuna cavab olaraq bildirib ki, ABŞ Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin qiymətləndirilməsi üzrə ATƏT missiyası ilə razıdır.

"Turan" agentliyinin xəbərində deyilir: “Birləşmiş Ştatlar prezident Əliyev və Azərbaycan xalqı ilə bəzi mühüm ikitərəfli və regional məsələlər, o cümlədən insan hüquqlarına və azadlıqlara hörmətin təşviqində, iqtisadi islahatların və çiçəklənmənin dəstəklənməsində, terrorizmə qarşı mübarizədə əməkdaşlığa, həmçinin ATƏT-in Minsk Qrupu ilə fəal əməkdaşlıq vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına ümid edir. Biz Azərbaycanda seçkilərin müşahidəsi üzrə ATƏT-in ilkin qiymətləndirmə missiyası ilə razıyıq. İlkin hesabatda bəzi çatışmazlıqlar qeydə alınıb. Bura əsas azadlıqların məhdudlaşdırılması, həqiqi rəqabətin olmaması daxildir. Seçki administrasiyası resurslarla təmin edilsə də, DTİHB şəffaflığın olmadığını, çoxsaylı ciddi pozuntuların olduğunu, səsvermə zamanı qutulara topa ilə bülletenlərin atıldığını bildirib. Biz prezident Əliyevi və administrasiyasını bu problemlərin operativ həllinə çağırırıq”.

Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirib ki, Dövlət Departamenti ikili standartlara əsaslanan daha bir davranış nümayiş etdirib: “ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri ilə bağlı ATƏT DTHİB-nin qərəzli rəyini əsas götürməsi və qərəzli mövqedə əksini tapmış məsələlərlə bağlı Azərbaycan hakimiyyətinə müvafiq addımlar atılması üçün tövsiyəsi obyektivlikdən uzaqdır. Sual olunur, Dövlət Departamenti məsələlərə bu qədər həssasdırsa, onda niyə bu gün Ermənistanda siyasi hakimiyyəti zəbt etmiş Serj Sərkisyanın öz xalqına qarşı qaba gücdən istifadə etdiyini, etirazçılara divan tutulduğunu, deputatlara xəsarət yetirilməsini pisləmir?! Əksinə, bu hadisələrlə bağlı çox yumşaq bir mövqe bildirir. Bütün bu özbaşınalıqlara görə Ermənistan hakimiyyətini tənqid edən, bu özbaşınalığa son qoyulmasının tələb edildiyi mövqenin biz şahidi olmuruq. Bu cür ikili yanaşmanın qarşılığında Azərbaycan xalqının Dövlət Departamentinə çoxlu sualları yaranır”.

Gənc Demokratlar İnstitutunun direktoru, politoloq Yeganə Hacıyeva da mövzunu “Yeni Müsavat”a şərh edib. O bildirib ki, Ermənistandakı proseslərə Dövlət Departamenti loyal yanaşıb: “ATƏT, Amnesty İnternational, Human Rights Watch, Freedom House, Avropa Şurası Baş Katibi və ya İnsan Haqları Komissarı və digər Qərb İnstitutları etirazçılara qarşı zorakılığı diqqətdən kənarda saxlayırlar. ABŞ Dövlət Departamenti isə yumşaq mövqe ilə kifayətlənir”.

Y.Hacıyeva bildirib ki, istər Avropa, istərsə də ABŞ hüquq-müdafiə institutları erməni lobbi təşkilatlarının təsiri altındadır: “Həmçinin ictimai fikrin formalaşmasında xüsusilə ABŞ da etnik ermənilərin rəhbərlik etdiyi bir neçə böyük media təşkilatlar mövcuddur. Sırf Ermənistanla bağlı bu tip proseslər ərəfəsi onların erməni maraqları uğrunda həmişə davam edən fəaliyyətləri daha da aktiv fazaya keçir. Bu isə özlüyündə həmişə zorakı və anti-demokratik erməni rejiminin diqqətdən kənarda qalmasına səbəb olur. Ermənistandakı anti-demokratik rejimin necə diqqətdən kənarda qalmasına xidmət göstərirlər. O üzdən kiçik bəyanatları nəzərə almasaq, etirazçılara  zorakılıq göstərən anti-demokratik Sərkisyan rejiminin bu dəfə də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasının şahidi oluruq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar