Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresində Azərbaycan, Ermənistan və... milyonlar söhbəti



Martın 25-də Vaşinqtonda ABŞ Konqresinin dövlət, xarici əməliyyatlar və əlaqədar proqramlar üzrə altkomitəsində Konqres üzvü Kay Grangerin sədrliyi altında dinləmələr keçirilib


Dinləmələrdə ABŞ-da fəaliyyət göstərən bir sıra təşkilatlar komitəni öz fəaliyyətləri barədə məlumatlandırıb və hesabatlarını təqdim ediblər.

Virtualaz.org-un “Amerikanın səsi”nə istinadən məlumatına görə, ifadə verənlərin sırasında Save the Children, İnternews və UNİCEF kimi təşkilatlar yer alıblar. Bundan əlavə, Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni, Amerika-Ermənistan Milli Komitəsinin hökümət məsələləri üzrə direktoru Keyt Nahapetyan, eləcə də ABŞ Azərbaycanlıları Şəbəkəsi heyətinin üzvü Bədir Məmmədli çıxış ediblər.

B. Arduni Türkiyə və Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi sərhəd blokadasına görə Ermənistanın iqtisadi ziyana uğradığını və bunun öhdəsindən gəlmək üçün ABŞ hökümətindən 40 milyon dollarlıq yardım istəyib. Bundan əlavə, Arduni Azərbaycan-Ermənistan sülh danışıqlarında Dağlıq Qarabağın da iştirakının bərpa edilməsini təklif edib. Daha sonra çıxış edən Keyt Nahapetyan ABŞ-Ermənistan münasibətlərindən, son iki ildə baş verən atəşkəs pozuntularından danışıb və ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırmasını vurğulayıb.

ABŞ Azərbaycanlıları Şəbəkəsi adından çıxış edən B. Məmmədli xanım Grangeri ABŞ-ın AzərbaycanErmənistana ayırdığı yardımında balanssızlıq və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. O, həmçinin bildirib ki, ABŞ Ermənistana hərbi yardım göndərməklə həm də Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa dəstək verir.

B. Məmmədli ABŞ-ın Ermənistana maliyyə yardımının Ermənistanın Dağlıq Qarabağın işğalını möhkəmləndirməyinə kömək etdiyi üçün bu yardımın dayandırılmasının zəruriliyini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar