Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Prezidenti varlıdan alıb kasıba verəcək



ABŞ Prezidenti Barak Obama büdcə kəsirlərini sona çatdırıb xərclərin 7 faiz azaldılmasını özündə əks etdirən qanun layihəsini Konqresə göndərməyə hazırlaşır


PİA.AZ Axar.az-a istinadən xəbər verir ki, Obama bu qanunla varlıların ödədiyi vergini yüksəldərək büdcə gəlirlərini artırmağı planlaşdırır.

Bu barədə mətbuata açıqlama verən Joş Ernest qanunun əsas məqsədinin orta gəlirli ailələrin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına hesablandığını bildirib.
 
Xatırladaq ki, Konqresdə çıxışı zamanı Ağ Ev rəhbəri orta gəlirli ailələrə yardım məqsədilə investisiyaların artırılmasının vacib olduğunu açıqlamışdı.
 
Uşaq baxımı üçün ailələrə edilən yardımın artırılmasını istəyən Obama 2 illik universitetlərin pulsuz olmasını planlaşdırır. Obamanın bu planı 2016-cı ildə 74 milyard dollarlıq “İstəyə görə investisiya” planında əks olunub. Bu plan təsdiq olunarsa, sosial müdafiə xərcləri 530 milyard dollara çatmış olacaq.
 
Ölkənin nüfuzlu “Hufinqton Post” qəzetinin sorğusunu cavablandıran Obama varlı təbəqənin ödəyəcəyi vergi nisbətinin artırılıb əldə olunan qazancın orta gəlirli ailələrə yatırılacağını deyib.
 
Obamanın bu planı gerçəkləşməyə də bilər. Çünki Konqresdə çoxluq təşkil edən Respublikaçılar bu qanun layihəsinə o qədər də isti baxmır. Ernest açıqlamasında bu gündən etibarən Respublikaçı siyasətçilərlə büdcə planını müzakirə edəcəklərini açıqlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar