Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ diplomatları Rusiyada addım-addım izlənilir

ABŞ Dövlət Departamentinin mətbuat katibi Elizabet Tryudo bəyan edib ki, onun ölkəsinin diplomatlarını Rusiyada xüsusi xidmət və yol polisi izləyir


Modern.az xarici KİV-ə istinadən bildirir ki, Tryudonun sözlərinə görə, son ilər Moskvada bu cür insidentlərin sayı kəskin artıb.

O qeyd edib ki, ABŞ bu faktlara beynəlxalq hüquq normaları çərçivəsində reaksiya verəcək. Bundan əvvəl “Washington Post” qəzeti yazıb ki, Rusiya kəşfiyyatı və təhlükəsizlik xidməti amerikalı diplomatları izləyir və onları qorxudur. Məlumatda qeyd edilirdi ki, ABŞ səfirliyinin əməkdaşları və onların ailələri Moskva ilə yanaşı, Avropa ölkələrinin paytaxtlarında da izlənilirlər.

Digər məlumata görə, amerikalı diplomatlar dövlət katibi Con Kerriyə sorğu göndərərək ondan Rusiya prezidenti Vladimir Putindən izləməni dayandırmasını xahiş etməsini istəyiblər.

Bəzi diplomatlar isə xəbər veriblər ki, Rusiya xüsusi xidməti gecələr onların evlərinə girərək mebelləri yerindən tərpədiblər, işıqları və televizoru söndürüb gediblər. Diplomatlar onu da qeyd ediblər ki, onların avtomobillərinin təkərlərində havanı boşaldırlar, yol polisi isə heç bir səbəb olmadan saxlayırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar