Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dolların faizini artırmadı, amma...


Ekspertlər bildirirlər ki, ilin sonuncu iki ayında dollar bahalaşacaq və dünya maliyyə bazarları buna indidən hazırlaşırlar


ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

 Proqnozlaşdırıldığı kimi, FES uçot dərəcəsini dəyişməyərək 0,25-0,5 faiz səviyyəsində saxlayıb. Qeyd edək ki, ötən il dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz rekord aşağı səviyyə ilə 0,25 faiz artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Ekspertlər bildirirlər ki, dolların uçot dərəcəsinin artmaması neft ölkələrinin milli valyutalarını qorumaq üçün qismən monetar mühiti yumşaldıb. Lakin əksər ekspertlər FES-in bu qərarı ilin sonunda verəcəyinə əmindirlər. Analitiklər FES-in ikigünlük iclasından sonra dərc olunan protokoldakı bəzi maraqlı məqamlara diqqət yetirirlər. Məsələn, belə məqamlardan biri ilin sonunadək uçot dərəcəsinin 2 deyil, 1 dəfə artırılacağıdır. Buna FES rəhbəri Canet Yellen də işarə edib. Ekspertlər qeyd edir ki, qarşıdakı azı 3 ildə aqressiv şəkildə faiz artımını gözləməyə dəyməz. Bu fonda dolların bir qədər də zəifləyəcəyi proqnozlaşdırılır. Ancaq Federal Ehtiyatlar Sisteminin direktoru Canet Yellen mətbuat konfransında bəyan edib ki, uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir. Onun sözlərinə görə, uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FES iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir. “Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik”,- deyə C.Yellen bildirib. FES-in Açıq Bazar üzrə Federal Komitəsinin əksəriyyətinin üzvləri də uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər. 

Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, FES-in toplantısında qəbul olunan qərar gözlənilən idi: “Amma ABŞ-ın Federal Ehtiyatlar Sisteminin direktoru Canet Yellen dünya bazar və birjalarına çox ciddi mesaj verdi. Bu il ərzində növbəti iki toplantının birində, noyabr və ya dekabrda faiz artımı mütləq gerçəkləşəcək. Belə net bir mesaj verdi. Bu günə kimi FES başqanı belə açıq danışmamışdı. Bu, həm onunla əlaqəlidir ki, bazarları və birjaları maliyyə dünyasını bu hadisəyə hazırlamaq məqsədi daşıyırdı. Həm də getdikcə FES hər dəfə addımı gecikdirdikcə, bazarlara təsiri azalırdı. Düşünürəm ki, bunu nəzərə alaraq belə kəskin bəyanat verildi. Və bu gündən sonra artıq dünya maliyyə bazarları ya noyabr, ya dekabr ayında olacaq artıma hazırlaşacaq. Dünyanın bir çox aparıcı ölkələrinin mərkəzi bankları bu qərarı artıq qəbul edilmiş bir qərar kimi düşünərək öz addımlarını buna görə hesablayacaqlar. Bu il faiz artacaq. Faiz artdıqca da dünya indeksinin bahalaşması, dünyada dolların daha da bahalaşması prosesi baş verəcək. Bu da bütün dövlətlərə, bütün ölkələrə, o cümlədən Azərbaycanın qonşu ölkələrinə və özünə də birbaşa təsir göstərəcək”.

Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, FES ilin sonuna qədər faiz dərəcəsini artıracaq. Ancaq bu, olmasa belə, milli valyuta olan manatın durumu ağırlaşacaq: “Manatın enməsi təkcə bununla bağlı olmayacaq. FES-in qərarı ilə dollar bütün dünyada bahalaşır. Bizdə isə öz səbəblərimiz də var ki, bunlara görə manat ucuzlaşır. Buna görə FES-in qərarı oldu-olmadı, devalvasiya olacaq. Sadəcə, FES-in qərarı devalvasiyanın həddini daha da artıracaq”. 

Qubad İbadoğlu isə bildirib ki, FES-in ilin sonuna gözlənilən qərarının manata təsiri indikindən yüksək olacaq: “ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcələrini qaldırmadı. Amma buna baxamayaraq, FES-in direktoru Canet Yellen bəyanata çıxış edərək bildirdi ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik, çünki iqtisadiyyatın, o cümlədən əmək bazarının daha da möhkəmlənməsinə dair yeni məlumatlara ehtiyac vardır. İyun ayından başlayaraq ABŞ-da işsizlik səviyyəsi demək olar ki, dəyişməz qalıb, cəmisi 4.9 faiz təşkil edib, bu may ayı ilə müqayisədə 0,2 faiz çox olsa da, bu ilin yanvar ayı ilə eyndir. İnflyasiyaya gəlincə, bu ölkədə avqust ayında illik inflyasiya 1,83 faiz təşkil edib, bu ötən ilin avqustu ilə müqayisədə 0,23 faiz çoxdur. İnflyasiyanı artıran amillərdən biri də ev təsərrüfatlarının xərclərinin artmasıdır. FES-in Federal Açıq Bazar Komitəsinin bu il ərzində 2 toplantısı nəzərdə tutulur. Böyük ehtimalla bundan sonrakı iki toplantıdan birində uçot dərəcənin artırılmasına qərar veriləcək. Çox güman ki, bununla bağlı qərar 13-14 dekabr toplantısında elan ediləcək. Belə ki, həmin iclasda həm də ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların xülasəsi hazırlanacaq və yenidən FES-in direktoru Canet Yellen bəyanata çıxış edəcək”. 

Ekspertin sözlərinə görə, FES-in gözlənilən qərarının Azərbaycan manatına psixoloji təsiri ilin sonunda daha yüksək olacaq: “Fikrimcə, bu ilin son aylarında, xüsusilə də noyabr və dekabr aylarında manatın durumu indikindən çətin olacaq. Çünki ilin sonunda xarici öhdəliklərin icrası ilə bağlı şirkətlərin və bankların valyutaya ehtiyacları, eləcə də dövlət büdcəsinin xərcləmələrinin çoxalması bazara təzyiqi kəskin artıracaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar