Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ hamını “Liviya ssenarisi” ilə hədələyir


“ABŞ-ın Şimali Koreyaya qarşı “Liviya ssenarisi”nin mümkün ola biləcəyini deməsi, əslində bütün region üçün təhdiddir”


Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib. Onun sözlərinə görə, ABŞ bununla təkcə Pxenyanı deyil, bütün regionu təhdid edir.

"ABŞ Şimali Koreyanı "Liviya ssenarisi" ilə təhdid edəndə, bununla yalnız Pxenyanı hədələmir. Onlar hamını, bütün regionu təhdid edirlər. Özü də məhz "Liviya ssenarisi"ni öz boyunlarından ataraq bunu edirlər. İndiki halda Pxenyanı "Liviya ssenarisi" ilə hədələməklə, ABŞ güc ssenarisinin icrası zamanı bu regionda şahidi olacağımız mənzərəni nəzərdə tutur. Onlar niyə belə edirlər, bunun nəticələri barədə düşünürlərmi? Bax bu, yaxşı sualdır" - deyə Zaxarova vurğulayıb. 

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp 12 iyunda Sinqapurda keçiriləcək danışıqlarda Şimali Koreya lideri Kim Çen Inla razılığa gələ bilməsələr, Pxenyana qarşı "Liviya ssenarisi"nin istisna olunmadığını bəyan edib. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar