Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ niyə Azərbaycana dəstək vermir?



Rasim Musabəyov “Yeni İpək Yolu” layihəsinin reallaşdırılmasından danışıb


  “Yeni İpək Yolu” layihəsinin reallaşdırılması üçün ABŞ və Qərb dövlətlərinin Azərbaycana siyasi və kommersiya dəstəyi hiss olunmur.

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu inşa olunmağa başlayanda da Azərbaycan kifayət qədər maliyyə imkanları olmasına baxmayaraq, ABŞ-ın dəstəyini istəmişdi və o dəstək cüzi də olsa siyasi xarakter daşıyırdı. Ancaq təəssüf olsun ki, biz o dəstəyi görmədik. ABŞ bunun maliyyə və siyasi yükünü təkbaşına Azərbaycanın çiyninə qoyub.

Politoloq “Yeni İpək Yolu” layihəsinin reallaşdırılmasında Azərbaycanın roluna da toxunub və bildirib ki, bu layihə Azərbaycansız qeyri-mümkündür. Azərbaycan öz hissəsini təkbaşına reallaşdırır. 

R.Musabəyov "ABŞ və Qərb ölkələri Rusiya təbliğatını neytrallaşdırmaq üçün nə etməlidir" sualına cavabında deyib ki, ikitərəfli dialoqlar aparılmalıdır. Azərbaycan düşünür ki, bu layihələrin siyasi konteksdən və böyük güclərin rəqabətindən kənarda qoymaq faydalıdır. Əslində, Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış əldə etməsi tam zəruridir və tam məntiqlidir. Ancaq o layihələri ABŞ-Rusiya və ya ABŞ-Çin arasında mübarizə predmetinə çevirmək layihələrə dəstək yox, əlavə risklər gətirir.

Onun sözlərinə görə, Azərbaycan daha çox öz strategiyasını formalaşdıranda ikitərəfli əlaqələrə üstünlük verir. Yəni Azərbaycan Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Gürcüstanla, Türkiyə ilə, eyni zamanda bütün layihələrini ikitərəfli münasibətlərini möhkəmləndirməklə gerçəkləşdirməyə çalışır. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar