Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ ölkəmizi təbrik etdi


"Azərbaycan dünya bazarlarının mühüm neft təhçizatçısına çevrilib"


ABŞ Dövlət katibi Con Kerri Azərbaycanı "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci il ildönümü münasibəti ilə təbrik edib. 

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Kerri ölkə prezidentinə təbrik ünvanlayıb. 

Təbrikdə deyilir: 

"Mən "Əsrin müqaviləsi"nin 20-ci ildönümü və Cənub Qaz Dəhlizi layihəsinin başlanması münasibəti ilə Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm. Qərbin keçmiş Sovet İttifaqı ərazisində yatırdığı birinci mühüm sərmayəni təmsil edən "Əsrin müqaviləsi" tarixi bir hadisə oldu. Son 20 il ərzində Birləşmiş Ştatlar enerji ehtiyatlarının inkişafı, Avropa və dünyanın enerji təchizatına töhfə vermək səyləri göstərən və həmçinin güclü və müstəqil dövlətə çevrilən Azərbaycanla hərtərəfli tərəfdaşlıq etmişdir. Bakı-Tiflis-Ceyhan boru xəttinin inşası sayəsində Azərbaycan Xəzər və Aralıq dənizləri arasında birinci enerji bəndi yaradaraq dünya bazarlarının mühüm neft təchizatçısına çevrilib. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə də vacib rol oynayaraq Avropa bazarlarına əlavə enerji təchizat marşrutlarını təmin edəcək və bölgənin enerji təhlükəsizliyini möhkəmləndirəcək".

O, qeyd edib ki, son iki onillik ərzində Azərbaycan və Birləşmiş Ştatlar birgə işləyərək bir sıra uğura imza atıb. "Əsrin müqaviləsi bizə gələcək naminə birgə işlədiyimiz halqa nəyə qadir ola biləcəyimizi xatırladır. Geniş səpkidə təmsil olunan fəaliyyətlər var ki, birgə işləyərək üğüra nail ola bilərik. Bunlar enerji sahəsində inkişafın davam etdirilməsi, Şərq-Qərb ticarət dəhlizinin yaradılması, terrorçuluğa qarşı aparılan mübarizədə etdiyimiz əməkdaşlıqkimi işlərdir. Həmçinin bu sıraya demokratik inkişaf da daxildir". 

Kerrinin sözlərinə görə, iki ölkənin münasibətlərinin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür.

"Birləşmiş Ştatlar sözügedən məqsədlərin əldə olunması üçün Siz və Sizin hökumətlə işləmək ümidindədir. Yenidən, bu kimi vacib olan ildönümü münasibəti ilə Sizə ən səmimi təbriklərimi çatdırıram".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar