Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezidentini müəyyən edən ştatlar - Hillari Klinton favorit görünür

ABŞ-da prezident seçkilərinə 10 gün qalıb. Əksər sosioloji sorğular Hillari Klintonun rəqibi Donald Tramp üzərində qalib gələcəyini göstərir


Musavat.com xarici mətbuata istinadən ABŞ-da seçkiqabağı qüvvələr nisbətini oxucuların diqqətinə çatdırır.

“Kommersant” qeyd edir ki, cəmi iki ay bundan öncə “Nyu-York Tayms” qəzetinin əməkdaşlarə seçkilərlə bağlı apardıqları sosiloji sorğularda olduqca heyrətamiz nəticələr əldə ediblər. Məlum olub ki, həm Donald Trampı, həm də Hillari Klintonu dəstəkləyənlərin sayı ümumi seçicilərin heç 10%-ni ötmür.

Jurnalistlər bu nəticəyə olduqca sadə metodologiya sayəsində gəliblər. ABŞ-ın əhalisi 324 milyon nəfər təşkil edir. Onlardan 103 milyonu səsvermə hüququna malik olmayan uşaqlar və bu hüquqdan məhrum edilən cinayətkarlardır. Təxminən 88 milyon insan adətən seçkiyə getməyənlərdir. (bu rəqəm 2012-ci il seçkilərindən götürülüb). 73 milyon vətəndaş isə hər iki partiyada keçirilən ilkin seçkilərdə iştirak etməsələr də, ümumi səsvermədə iştirak edəcəklər. 

İlkin səsvermələrdə iştirak edən 60 milyon vətəndaşın yalnız yarısı Donald Trampı və Hillari Klintonu dəstəkləyiblər. 

Beləliklə, jurnalislətrin gəldiləri qənaətə görə hazırkı mərhələdə əhalinin sadəcə 9%-i Hillari Klinton və ya Donald Trampı dəstəkləyir. Bu səbəbədən hər iki namizəd əsas diqqətlərini məhz “seçkiyə getməyənlərin” , “ilkin seçkilərdə işitrak etməyənlər”in və “digər namizədlərə səs verənlər”in üzərinə yönəldiblər.
 
Buna görə xanım Klintonun qərargahı əhalinin müxtəlif təbəqələri ilə struktur şəklində çalışmağa üstünlük verirlər. Ekspertlərə görə, demokratlar “rənglilər, gənclər və əsasən qadınlar” sxemi üzərində daha çox çalışırlarsa, respublikaçılarda “ağlar, ağ-yaşlılar və əsasən kişilər” istiqaməti gözə çarpır.
Mütəxəssislərə görə, respublikaçılar təcili şəkildə öz koalisiyalarını genişləndirməyə məcburdurlar. Ona görə ki, onların söykəndiyi ənənəvi elektorat artıq prezidentlik üçün qalib gəlməyə kifayət etmir.

 Klintonun strateqləri əmindirlər ki, Tramp sadəcə“ağ kişilər”in üzərində öz elektorat bazasını formalşdıra bilib. Trampın digər qruplara müraciət etmək şansı isə olduqca zəif görünür. Buraya milyarder namizədin şəxsi, habelə onun ksenofob görüşləri ilə bağlı problemləri də əlavə edilsə vəziyyət lap acınacaqlı görünməlidir. 

Nəzərə almaq lazımdır ki, 2012-ci ildə respbulikaçıların namizədi Mitt Romni “qeyri-ağ” əhalinin sadəcə 19% səsini qazana bilmişdi.

Klinton strateqlərinin əsas diqqəti 11 “müəyyənləşməmiş ştata” yönəlib. Belə görünür ki, əsas seçki mücadiləsi elə bu ştatlarda gedəcək. 

Klintonun seçki prosesinə rəhbərlik edənlərin düşüncəsinə görə, Trampın seçkikqabağı mitinqlərdə səsləndirdiyi şüarlar Florida (29 seçici), Virciniya, Kolorado və Nevada kimi etnik tərkibi qarışıq ştatlarda mövqelərini zəiflətməlidir. Məhz buna görə Trampa hələ Ohayo, Pensilvaniya, Miçiqan və Şimali Karolina kimi şattlarda qələbə lazımdır.

Hətta nəzəri olaraq bu şatların hamısında qələbə qazanılsa belə respublikaçı namizəd Viskonsin, Ayova və Nyu-Hempşir kimi ştatlarda da zəfər çalmalıdır. Demokratların fikrincə, hazırkı tabloda Trampın qalib gəlmək şansları olduqca azdır.

Elə son rəy sorğuları da Trampın vəziyətinin onun üçün ürəkaçan olmadığını nümayiş etdirir.

Politico.com saytının verdiyi məlumata görə, Klinton hətta respublikaçıların alınmaz qalaları sayılan ştatlarda da Trampı üstələmək üzrədir.

Xanım Klinton Ayovada respublikaçı rəqibi ilə fərqi demək olar qapadıb (44%). Texasda isə o Trampdan sadəcə 1 faiz geridə qalır (43%-44%).

Quinnipiac University Poll-un keçirdiyi sorğuya əsasən Hillari Klinton Virciniyada iki rəqəmli üstünlüyə (50-48), Şimali Karolinada isə şəksiz liderliyə (47-43) malikdir.

Buna rəğmən bir çox ekspertlər Klintonun qərargahının hələ erkəndən sevindiyini qeyd edirlər. Onlar xanım Klintonun əhali arasında hələ də ciddi populyarlıq qazana bilmədiyini bildirirək seçkilərdə sürprizlərin yaşanacağını istisna etmirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar