Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezidentlyinə namizədlərin ‘‘surroqat’’ları


Onların varlığı və fəaliyyəti namizədlərin özləri qədər önəmlidir...


ABŞ prezidentlyi uğrunda Hillari KlintonDonald Tramp seçkilərdə böyük təbliğat ordusu ilə iştirak edirlər.

Seçkilərdə namizədlərin funksional işləri icra edən seçki qərargahının üzvləri ilə bərabər onların etibar etdikləri şəxslər böyük önəm daşıyır.
 etibarlı nümayəndələrinin rolu böyükdür. (Azərbaycanda bu kimi şəxslər namizədlərin vəkli olaraq tanınırlar - red.)

ABŞ-da bu cür şəxsləri “seçkiqabağı kampaniyada namizədlərin surroqatları” adlandırırlar.

Musavat.com xarici mediaya istinadən ABŞ-da prezident seçkilərində mühüm rol oynayan “surroqat”lar haqqında oxuculara məlumat verir.

ABŞ siyasi mədəniyyətində “seçkiqabağı kampaniyanın surroqatları” (campaign surrogates) kimi tanınan şəxslər seçkiqabağı yarışda həm namizədin adından fəaliyyət göstərə, həm də onun adından çıxışlar edə bilirlər.

Bu cür etibar edilmiş şəxslər həm elitadan gələnlərdən, həm də sadə xalqın nümayəndələrindən ibarət ola bilər.

Məsələn, yaxın günlərdə, seçkilərdə ən kritik yerlərdən biri sayılan, Ohayo ştatında Berni Sanders gənclər qarşısında Hillari Klintonun “surroqatı” rolunda çıxış edəcək. 

Qeyd edək ki, Berni Sanders Klintonun Demokrat partiyası daxilində keçirilən seçkilərdə əsas rəqibi sayılırdı.

Demokratlar üçün olduqca mühüm sayılan bu ştatda Sanders ilkin seçkilər dövründə populyarlıq qazandığı gənc nəslin nümayəndələri qarşısıında Klintonun təbliğatını aparacaq.
Hillari Klintonun digər “surroqatı”,  Massaçusets ştatının senatoru Elizabet Uorren də Ohayoda Sanderslə bərabər gəncləri Klintonu dəstəkləməyə səsləyəcək.

“Populyar “surroqatlar” əsasən kampaniyanın aktivliyinin artırılması, könüllülərin işinin gücləndirilməsi, kampaniya üçün vəsaitlərin toplanması, namizədin əlinin çatmadığı yerlərdə kütləvi informasiya vasitələri ilə əlaqə qurulması üçün cəlb olunurlar.

Mətbuatla iş qurulması zamanı surroqatların əvəzi yoxdur. Onlar jurnalistlərin namizədə birbaşa çıxışını təmin edə bilirlər. Bundan başqa, həmin şəxslər namizədi ictimaiyyət qarşısında lazımi şəkildə təqdim edə və onun söylədiklərini aydınlaşdıra bilirlər.

“Surroqat”lar namizədlər üçün ya şəxsi rəğbətlərindən dolayı pulsuz, ya da müəyyən qonorar müqabilində seçki kampaniyasında iştirak edirlər.

“Surroqat” ya məşhur bir şəxs (adətən bu fəaliyyətdə olan və ya keçmiş siyasətçilər olur), ya da sadə xalqın nümayəndələrindən, məsələn, fəhlə, zorakılığa məruz qalmış şəxs, müharibədə həlak olan əsgərin atası və s. ola bilər.

Bu  tip “surroqat”lar (tənha ana, müharibə veteranı, yükdaşıyanların həmkarlar təşkilatının üzvü və s.)  namizədlə birlikdə onun tərəfdarları qarşısında çıxış edərək bu və ya digər mövzuda ya öz həyat təcrübələrindən gətirdikləri misallarla onun tezislərini dəstəkləyirlər.

“Surroqat”lar məsələsində Hillari Klintonun rəqibi qarşısında üstünlüyü nəzərə çarpacaq dərəcədə böyükdür.

Onların sırasında Klintonun əri Bill Klintonun, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin, keçmiş əmək naziri Tom Peretsin və s. digər nüfuzlu şəxslərin adlarını çəkmək olar.

Hillari Klinton ABŞ prezidenti Barak Obamanın ailəsi tərəfindən tam dəstəklənir.

 Barak Obamanın həyat yoldaşı Mişel Obamanı isə Klintonun əsl “surroqatı” adlandırmaq olar.
Mişel Obama Hillari Klintonun bu günlərdə Virciniyadakı mitinqində aktiv şəkildə iştirak edib və bəlağətli nitq söyləyib.

Onun əri, ABŞ prezidenti Barak Obama da “surrroqat” rolunu icra etməkdən çəkinmir. Prezident keçdiyimiz həftə, Pensilvaniyada seçiciləri Klintona səs verməyə çağırıb. Bu Barak Obamanın Klintonun təbliğat kampaniyasında etdiyi 3-cü çıxışıdır.

Hillari Klinton sadə vətəndaşların xidmətindən “surroqat” kimi tez-tez istifadə edir. Məsələn, bu ilin əvvəlində demokrat namizəd partiyadaxili milli debatlarda silahlar üzərində nəzarətin sərltəşdirilməsini təklif etmişdi. Həmin debatda o, silahlı zorakılığa məruz qalan uşaqların analarını da dəvət etmişdi.

Bundan başqa, Klinton Sabrina Fulton adlı qaradərili bir qadınla ictimaiyyət qarşısına çıxmışdı. Həmin qadının oğlu Martin Treyvon 2012-ci ildə hərbiləşdirilmiş mülki birliyinin üzvü Corc Simmerman tərəfindən odlu silahla öldürülmüşdü. Simmermanın sonradan məhkəmədə bəraət alması ölkədə böyük etirazlara səbəb olmuşdu. 

Klinton isə bu fürsəti qaçırmayaraq qaradərili seçicilər arasında böyük rəğbət qazanmışdı.

Bu ilin iylunda isə Demokrat partiyasının Filadelfiyada keçirilən qurultayında Klintonun adından Pakistan əsilli amerikalı, İraqda həlak olan ABŞ hərbçisi Humayun xanın atası  Xızır Xan çıxış edib. Xızır xan Trampın müsəlmanların ABŞ-a gəlişini qadağan etmək barədə təklifini sərt tənqid edib.

Seçkilərdə “surroqat” rolunu icra etmək həm də məsul bir vəzifə sayılır. Bəzən surroqatlar tərəfindən edilən ehtiyatsız çıxış və ya hərəkət namizədə baha başa gələ bilir.

Məsələn, bu ilin fevrallında Klintonun etibarlı şəxsi rolunda çıxış edən, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Klintonun partiyadaxili seçki kampaniyasında az qala ziyan vuracaqdı.

Belə ki, Hillari Klinton üçün  dəstək çıxışlarından birində Olbrayt “bir-birlərinə kömək etməyən qadınların cəhənnəmdə yerlərinin hazır olduğu” barədə cümlə işlədib.

Bu cümlə Klintonun partiyadaxili seçkilərdəki əsas rəqibi Berni Sandersi dəstəkləyən qadınları olduqca incitmişdi və keçmiş dövlət katibi buna görə üzr istəməli olmuşdu.

Respublikaçıların namizədi Donald Tramp da Klinton qədər olmasa da surroqatların xidmətindən geniş şəkilə istifadə edir.

Trampın surroqatları içərisində Nyu-York şəhərinin keçmiş meri Rudolf Culianinin, Alabama senatoru Ceff Sessionsun adlarını çəkmək olar.

Bundan başqa, Floridada Tramp üçün ştatın baş prokuroru (?!) Pem Bondi şəxsən özü təbliğat aparır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar