Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ radiosunda Azərbaycan musiqisi - Video

ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən “LA Talk Live” radiosunun efirində Azərbaycan musiqisinə, mədəniyyətinə, tarixinə və ədəbiyyatına həsr olunan geniş veriliş yayımlanıb


Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Axşam.az-a verilən məlumata görə, proqramda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev əsas qonaq qismində çıxış edib.

Diplomat Azərbaycanın milli musiqi sənətinin tarixindən bəhs edərək, xüsusilə Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində Azərbaycanın bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat, bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib.

Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərimizin əvəzolunmaz rolundan bəhs edib, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.

Eyni zamanda, diplomat, qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul, 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsərləri sırasına daxil edilərək, Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.

Baş konsul, həmçinin Azərbaycan caz musiqi sənəti və onun qurucularından olan Vaqif Mustafazadənin qeyri-adi istedadından da söz açıb. Diplomat bildirib ki, Azərbaycan caz məktəbinin bu gün artıq böyük sayda yetirmələri milli musiqimizə rəngarəng töhfələr verməkdədir. Baş konsul, həmçinin Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələri, Qarabağın əzəli Azərbaycan torpağı olması və Nizami Gəncəvi yaradıcılığı barədə də dinləyicilərə məlumat verib.

Qeyd edək ki, proqram zamanı Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadənin əsərlərindən, eyni zamanda Rəşid Behbudov, Müslüm Maqomayev və Vaqif Mustafazadənin unudulmaz ifalarından və Azərbaycan muğamından nümunələr səsləndirilib. Əsərlərin tam şəkildə 26 may tarixində efirə veriləcəyi nəzərdə tutulub.






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar