Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya toqquşması - Məhəmməd Əsədullazadə yazır


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdənin yazısını təqdim edir


ABŞRusiya arasında Suriya üzrə cərəyan edən siyasi-iqtisadi toqquşma müharibə riskini artırır. İki ölkənin Suriyada qarşı-qarşıya hərbi qarşıdurması yaxındır və proseslər öz ciddiyyətini qoruyur.

Vaşinqton və Moskvanın artıq regional münaqişələrin həllində birgə formatda çalışması mümkün görünmür. İki ölkə regional nüfuz uğrunda toqquşmaya hazır vəziyyətdədir. Azərbaycan üçün əsas maraqlı tərəfi isə iki ölkənin Minsk qrupunda bundan sonra əməkdaşlığı hansı istiqamətdə davam etməsidir.

Qeyd edim ki, Kreml və Ağ Evin Qarabağ münaqişəsinin həllində Minsk qrupunda birgə fəaliyyəti ziddiyətli olacaq. Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ konfliktinin həllində 2011-ci il Kazan formuluna qayıtmağı ehtiva etməsi, Kremlin münaqişənin həllini Fransa və ABŞ-ın iştirakı olmadan yenidən öz moderatorluğuna almağının mesajıdır. 
Moskva çalışacaq ki, ABŞ və Fransa Minsk qrupunun fəaliyyətində fəal olmasın və danışıqlar öz nəzarətində aparılsın.

Qeyd edim ki, yeni regional şərtlərin dəyişməsi fonunda Minsk qrupunda olan üç həmsədr kimi üç ölkə siyasi münaqişədədir və onların birgə formatda çalışması mümkün deyil.

Rəsmi Bakı üçün münaqişənin həllini sürətləndirmək üçün ilk növbədə Ermənistana hərbi təzyiqləri artırmalı, Minsk qrupunun fəaliyyətini və prezidentlərin növbəti görüşündən nəticələr gözləməməlidir.

Regionda siyasi-hərbi konfontrasiya yeni müstəviyə daxil olub. Qarabağ danışıqlarında ənənəvi diplomatiyadan imtina edib, hücum diplomatiyasına keçmək zamanıdır. Çünki, rəsmi Yerevan çalışacaq ki, yeni prezident vasitəsilə Qərbdən, baş nazir Serj Sarkisyan isə Moskvadan dəstək alsın. İki meydançada oyun oynamağa çalışacaq Yerevanın bu siyasətinin qarşısını almaqda rəsmi Bakı diplomatik səylərini artırmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar