Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Türkiyə İŞİD-i vuracaq, Suriya müxalifətinə yardım edəcək


ABŞ dövlət katibi Con Kerri Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb


APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşlərdə iki ölkənin bölgədəki terror təşkilatlarına qarşı birgə mübarizəsi əsas müzakirə mövzusu olub.
 
Çankaya malikanəsində prezident Ərdoğanla baş tutan görüşdə İraqSuriyadakı vəziyyət müzakirə olunub, terrorla mübarizədə kəşfiyyat məlumatlarının paylaşılması, eyni zamanda Suriya müxalifətinə logistik dəstək və humanitar yardımı davam etdirmək barədə razılıq əldə olunub.
 
Baş nazirlə görüş qapalı keçsə də, Ə. Davudoğlu ötən gecə “Kanal 24”-də canlı yayımda bu görüş barədə danışıb və qeyd edib ki, “İraq Şam İslam Dövləti”nə qarşı mübarizənin strategiyası müzakirə olunub: “Terror təhlükəsinə qarşı ancaq İraqda döyüşüb, Suriyada heç nə etməsək, bu böhrana yol aça bilər. İstəsək də, istəməsək də, İraq, Suriya və Livan ortaq gərginlik bölgəsinə çevrilib. Birində vəziyyəti düzəldib, digərini unutmaq olmaz. Etnik və məzhəb ayrı-seçkiliyini aradan qaldırmaq, ərəb, kürd və türkmən millətçisi olmayan şəxsləri bir araya gətirmək lazımdır”.
 
Davudoğlu həmçinin İraq hökumətindən olan narazılıqları və hökumətin kürd muxtariyyəti ilə yaşadığı problemləri Kerri ilə müzakirə etdiyini deyib.
 
M. Çavuşoğlu ilə görüşdə isə bölgədə ehtiyacı olan insanlara humanitar yardım məsələsi müzakirə olunub, regional münaqişələr, İraqın yeni hökuməti və Maliki dövründə İraqda buraxılan səhvlərlə bağlı fikir mübadiləsi aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar