Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ yenə nədən qondarma “erməni soyqırımı“ məsələsini gündəminə alıb?


Bir neçə gün öncə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qərar qəbul etdi


Qərar layihəsini Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendez təklif edib və layihənin qəbul edilməsi ilə rəsmi Vaşinqton qondarma "erməni soyqırımı" məsələsini yenidən gündəminə alıb.

PİA.AZ-ın əməkdaşı bu qərar haqqında bir neçə millət vəkillərinin fikrlərini öyrənib.

Azər Badamov: “ Əgər indi də ABŞ-ın hansısa komitəsi qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul edibsə də, bu, artıq onların müsəlman dünyasına baxışlarının təzahürüdür”.

Fəzail Ağamalı: " Ceyms Uorlikin məsələsinə ciddi reaksiya verərək, onun həmsədrlik vəzifəsindən kənarlaşdırılmasına nail olmalıyıq. Çünki məsələlər bu cür davam edə bilməz".

Nizami Cəfərov: " Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışları rəsmi Vaşinqton tərəfindən qıcıqlandırdıcı olaraq dəyərləndirib. Şübhəsiz ki, bu addım Türkiyəyə cavab olaraq atılıb”.

PİA.az-a bu barədə açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov ABŞ senatının erməni soyqırımını dəstəkləyən qərar qəbul etməsinə beynəlxalq siyasətdə ikili standartların mövcudluğu ilə əlaqələndirib:

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsini qəbul etməsi ikili standartların göstəricisidir. Erməni lobbisi hər yerdə qondarma soyqırımını tanıtmağa çalışır. Onların bu istiqamətdə səylərinə baxmayaraq, hələ də xarici dövlətlər bu soyqırımını qəbul etmirlər. Bundan fərqli olaraq isə bəşər tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımını artıq dünyanın bir çox ölkələri tanıyır. Çünki bu həqiqətdir, yalan deyil. ABŞ-ın 10-dan çox ştatı Xocalı ilə bağlı sənəd qəbul edib. Əgər indi də ABŞ-ın hansısa komitəsi qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul edibsə də, bu, artıq onların müsəlman dünyasına baxışlarının təzahürüdür”.

Millət Vvkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qərarını təxribat olaraq qiymətləndirdi:

"Uzun illərdən bu yana erməni lobbiləri Amerika ilə yanaşı, dünyanın ayrı-ayrı ölkələrində qondarma "erməni soyqırımı”nı təqdim etməyə və olmayan bir şeyi əsaslandırmağa çalışırlar. Bu da növbəti təxribatdır.  Amerikada güclü erməni lobbisinin mövcudluğu hər kəsə bəllidir. Bu da ermənilərin ABŞ-da uzun müddətdir aparmış olduğu ardıcıl və israrlı siyasətin məntiqinə söykənir. Erməni lobbisi Amerikada kifayət qədər fəaldır. Onlar hətta vaxtilə Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsində fəallıq göstəriblər. Bu günə qədər də Dağlıq Qarabağ probleminin həllinə mane olan amillərdən biri də erməni lobbisidir. Nəzərə alsaq ki, ermənilər gələn il qondarma erməni soyqırımının 100 illiyini keçirməyi planlaşdırırlar, onda bu cür addımlar gözləniləndir. Ceyms Uorlikin məsələsinə ciddi reaksiya verərək, onun həmsədrlik vəzifəsindən kənarlaşdırılmasına nail olmalıyıq. Çünki məsələlər bu cür davam edə bilməz. Həmsədrlik vəzifəsinə başladığı ilk gündən ermənipərəst mövqeyini ortalığa qoymaqdadır”.

Millət vəkili Nizami Cəfərov isə bunu rəsmi Vaşinqtonun Türkiyəninin Baş naziri Ərdoğanın çıxışlarından qıcıqlandığının əlaməti olaraq görür:

"ABŞ senatının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı”nı tanıması haqqında qətnamə qəbul etməsi qondarma soyqırımının yüzilliyi ərəfəsində ermənilərin ilkin provakasiyasıdır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışları rəsmi Vaşinqton tərəfindən qıcıqlandırdıcı olaraq dəyərləndirib. Şübhəsiz ki, bu addım Türkiyəyə cavab olaraq atılıb. Halbuki, daha düzgün taktika seçmək olardı. Amerika siyasətçiləri də çox yaxşı bilirlər ki, “soyqrımı” məsələsi uydurmadır”.

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar