Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ zanbağı Ərəb səhrasında necə gül açdı?



"Dərin dövlət"in görünməz əli


1970-ci illərin əvvəlində beynəlxalq iqtisadiyyatda əhəmiyyətli dəyişikliklər baş verirdi. 1960-cı illərdə bir qrup ölkə böyük neft şirkətlərinə qarşı OPEC neft kartelin qurmuşdu. “7 bacı” kimi tanınan böyük neft şirkətləri xam neft qiymətlərini qəsdən aşağı salırdı. Bununla istehsalçı ölkələrə az qiymət deyərək özləri yüksək qazanclar əldə edirdi.

İstehsalçı ölkələrin birliyi 1973-cü ildə neft embarqosu ilə nəticələndi. Amerikadakı benzin stansiyalarında uzun növbələr yarandı. İqtisadi qarışıqlıq yaşandı. Bütün dünyada hərəkət dayandı, işsizlik artdı, sabit məzənnə sistemi çökdü. 1974-cü il martın 18-də embarqo sona çatanda xam neft qiymətlərinin barreli 1.39$-dan 8.32$-a çatmışdı. Siyasətçilər bu dərsi heç vaxt unutmayacaqdılar. Həmin zərərlər şirkəti gücləndirərərək böyük şirkətlər, beynəlxalq banklar və hökumətdən ibarət sacayağı daha da gücləndirdi. Siyasi baxışlar dəyişdi.

Embarqo dünya siyasətində Səudiyyə Ərəbistanının mövqeyini yüksəldərək dünya iqtisadiyyatının strateji əhəmiyyətinə nəzər salmağına səbəb oldu. Bundan başqa Amerika liderləri “Neft dollarlarını yenidən Amerikaya necə göndərə bilərik?” sualının cavabını axtarmağa başladı. Embarqo bitən kimi Vaşinqton Səudiyyə Ərəbistanı ilə danışıqlara başladı. Bir daha embarqo olmasın deyə onlara texniki yardım, hərbi təchizat, təhsil və müasir obyektlər təklif etdi. Müzakirələr JECOR (Amerika- Səudiyyə Ərəbistanı Ortaq İqtisadi Komissiyası) adlı qeyri-adi təşkilatın qurulması ilə nəticələndi. JECOR ənənəvi xarici yardım proqramlarının tamamilə əksini edəcəkdi: Səudiyyə Ərəbistanının Səudiyyə pulu ilə inşası üçün Amerikan firmalarını xidmətindən yararlanmaq. Bu, Amerikanın inkişaf etməkdə olan ölkə ilə etdiyi qarşılıqlı asılılığa söykənən ən əhatəli müqaviləsi idi. Qısası, Amerikanın mühəndislik və inşaat firmalarının milyardlarla dollar qazana bilməsi üçün yaradıcılığa ehtiyacı var idi.



Bir tərəfdən Səudiyyə iqtisadiyyatı getdikcə Amerikadan asılı hala gəlir, digər tərəfdən də ölkə Amerikanın ən sadiq dostu olacaqdı. Plana görə, ölkə nəhəng neftayırma zavodları, neft-kimya kompleksləri, texnoparklar, elektrik stansiyaları yüksələcək, elektrik xətləri, şoselər, boru kəmərləri, nəqliyyat sistemləri, həmçinin bütün bunları idarə etmək üçün gələcək işçilər üçün iqamətgahlar, alış-veriş mərkəzləri, xəstəxanalar və s. ilə doldurulacaqdı. Hamısı son texnologiyaya əsaslanacağı üçün gələcək illərdə həmişə müntəzəm baxım və texniki xidmət lazım olacaqdı. Beləliklə, MAIN, Bechtel, Brown & Root, Halliburton, Stone & Webster və digər Amerika firmaları illərlə pul qazanmağa davam edəcəkdi.

Bütün bunlardan sonra Səudiyyə Ərəbistanı heç vaxt embarqo qoyulmasına ivazə verməyəcək, Amerika da bunun qarşılığında Səudiyyə Ərəbistanını siyasi və hərbi dəstəklə təmin edəcəkdi. Qəribə olan isə mühafizəkar vəhhabi prinsipləri ilə yaşayan bu krallığın bütün gələcəyini bir qrup xaricinin (onların gözündə kafir) müəyyənləşdirməsi idi.

Əslində Amerikanın belə etməsi bir növ min il əvvəlki Səlib yürüşlərinə bənzəyirdi. Avropalı katoliklər məqsədlərinin müsəlmanları cəhənnəmə getməkdən qurtarmaq olduğunu iddia edirdilər. Amerika da ərəbləri müasirləşdirməklə edirdi. Reallıq nə idi bəs? İmperatorluqlarını genişləndirmək.



2003-cü ilin oktyabrında “Vanity Fair” jurnalı da “Ərəb krallarını qurtarmaq” adlı hesabatında Buş ailəsi, Səud xanədanı və Bin Ladin ailəsi arasındakı 20 ildən çox davam edən yaxın əlaqəni dünyaya çatdırıb. Corc H.W. Buş 1971-73-cü illərdə BMT-də, 1976-77-cü illərdə isə CIA-da direktor olub. Yəni tam Səudiyyə Ərəbistanı ilə münasibətlərin alovlandığı dövrdə. 11 Sentyabr hadisələrindən dərhal sonra Bin Ladin ailəsi də daxil olmaqla, varlı səudiyyəlilər xüsusi təyyarələrə mindirilib Amerikadan göndərildilər. Niyə uçuşlara icazə verildi, sərnişinlər niyə dindirilmədi bunların səbəbi bilinmir. Görəsən, Buş ailəsinin əlaqələrinə görədirmi?

Con Perkins “İqtisadi qatil” kitabından. (atvxeber.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar