Avropa Komissiyası tarixində ilk dəfə Avropa Birliyinin müdafiə sənayesinin 2017-2019-cu illərdə inkişafı üçün 90 milyon avro investisiya ayrılmasını təklif edib
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Müdafiə Agentliyinin direktoru Jorj Domek söyləyib.
Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa Birliyi ordusunun yaradılmasını təklif edib. Onun bu sözləri bir sıra Şərqi Avropa ölkələrinin, o cümlədən hələ rəsmən AB-dən ayrılmayan Böyük Britaniyanın etirazına səbəb olub.
pia.az