Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AGP Azərbaycan nümayəndəliyi Baş ofisə etiraz edib


“AGP təşkilatın adından istifadə edərək beynəlxalq hüquq normalarına və AGP-nin prinsip və ideyalarına zidd heç bir tədbirin keçirilməsinə icazə verməyəcək”


Bunu Avropa Gənclər Parlamentinin (ACP) Azərbaycan nümayəndəliyinin İdarə Heyətinin üzvü Tayfun Qüdrətli AGP Ermənistan nümayəndəliyiin “Artsax Respublikasında Təhsil Səyahəti (STAR)” adlı yeni layihəyə start verməsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bu layihənin Avropa Gənclər Parlamentinin Baş ofisi ilə heç bir əlaqəsi yoxdur və AGP Ermənistan nümayəndəliyinin şəxsi təşəbbüsüdür: “Bununla bağlı AGP-nin Baş ofisinə nümayəndəliyimiz tərəfindən məktub yollanıb”.

Qeyd edək ki, AGP Ermənistan nümayəndəliyi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər təşkil etmək məqsədi ilə “Artsax Respublikasında Təhsil Səyahəti (STAR)” adlı yeni layihəyə start verdiyini elan edib və bu barədə məlumat AGP-in saytında yerləşdirilib.

Belə ki, qurumun Ermənistan təşkilatının məzunlar bölməsi 22-26 avqust 2015-ci il tarixlərində “Artsax Respublikasında Təhsil Səyahəti” layihəsini həyata keçirir və layihəyə dünyanın müxtəlif ölkələrindən 100-dən çox iştirakçı qatılacaq. Layihə çərçivəsində iştirakçıların parlament binasına səfəri, “Artsax Respublikası”nın “baş naziri” və “xarici işlər naziri” ilə görüşü planlaşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar