Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-92 benzininin istehsalının dayandırılması qiymət artımına səbəb ola bilərmi?


“Hər il neftayırma zavodları təmirə dayananda hökümət idxalla əlaqədar daxili bazarda qiymətlərin bahalaşmaması üçün idxal vergisini sıfıra endirir”


“Ölkəyə idxal olunan benzində dövlət tənzimlənməsi olmasa da, 6 ay və ya ildə bir dəfə qiymətləri korreksiya olunur”.

Bu sözləri neft sənayesi üzrə ekspert İlham Şaban müəyyən müddətlik Azərbaycanda Aİ-92 benzinin istehsal olunmamasının təsirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov məlumat verib. Belə ki, Neft Emalı Zavodunda istehsal 1 ay ərzində dayandırıla bilər və bu üzdən Azərbaycanda Aİ-92 benzini istehsal olunmayacaq. Əgər Aİ-92 markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş gələn ay imzalanacaq. Bu da məumdur ki, ötən həftə Rusiyada benzin kəskin bahalaşıb. Bu Azərbaycanda da benzinin bahalaşmasına yol aça bilərmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft sənayesi üzrə ekspert İlham Şabanın fikirlərini öyrənib.

Image result for ilham şaban
İlham Şaban: “Rusiyadan ixrac olunacaq benzin bu və ya digər şəkildə qiymətin artımı ilə əlaqələndirilmir”.


Əgər Rusiyadan neft ixrac olunarsa, bunun benzin qiymətinə təsir etməyəcəyini vurğulayan neft sənayesi üzrə ekspert İlham Şabana görə, qiymətlər dövlət tərəfindən tənzimlənir:

Azərbaycanın xarici bazarlarla heç bir əlaqəsi yoxdur. Ona görə də ölkə daxilindəki benzinin qiyməti  dövlət tərəfindən tənzimlənir. Ölkəyə idxal olunan benzində dövlət tənzimlənməsi olmasa da, 6 ay və ya ildə bir dəfə qiymətləri korreksiya olunur. Bu baxımdan Rusiyadan ixrac olunacaq benzin bu və ya digər şəkildə qiymətin artımı ilə əlaqələndirilmir. 

Digər tərəfdən, hər il neftayırma zavodları təmirə dayananda hökümət idxalla əlaqədar daxili bazarda qiymətlərin bahalaşmaması üçün idxal vergisini sıfıra endirir. Bu, təqribən 1 ay və ya 40 gün müddətinə şamil olunur”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar