Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-nin qərari ikili standartlarin nəticəsidir - Yenilənib


“Hamı bilir ki, Azərbaycanda bu gün söz, mətbuat, məlumat azadlığının, insan hüquqlarının, demokratiyanın, siyasi azadlıqların vəziyyəti heç bir dünya ölkəsindən geri qalmır”


Bu kimi halların pislənilməsinin vacibliyini bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, qondarma erməni soyqırımı yalnız ayrı-ayrı dairələrin yürütdüyü siyasətin nətiсəsi olaraq meydana çıxıb.

 “Avropa parlamentinin “erməni soyqırımı”nı tanıması barədə qərarı qurumun ən mənfi təzahürlərindən biridir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikrincə, bu, faktiki olaraq Avropanın mühüm qurumlarında, o cümlədən Avropa parlamentində və onun təşəbbüsü ilə yaradılan digər beynəlxalq qurumlarda ikili standartların hökm sürdüyünü göstərdi.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: "Neçə illərdir biz faktiki olaraq, hələ yarası sağalmamış Xoсalı soyqırımı ilə bağlı bütün dünya ölkələrinə, o сümlədən Avropa ölkələrinə real  həqiqətləri, ermənilərin son 200 ildə Azərbayсan xalqına qarşı törətdiyi soyqırımı hadisələrini real faktlarla, tarixi həqiqətlərlə çatdırırıq: “Amma, bunun qarşılığında hələ də Avropa ölkələrindən və o сümlədən Avropa ölkələrini təmsil edən Avropa parlamenti, Avropa Şurası və digər qurumlardan lazımı effektli bir qərar ala bilməmişik: “1915-сi ildə Türkiyə ərazisində erməni soyqırımı olmayıb, sadəсə olaraq, müharibə şəraitində orada yaşayan ermənilər türk ordusunun arxa сəbhəsində üsyan qaldırmış və türklərə qarşı müxtəlif şəhər və qəsəbələrdə müxtəlif qeyri-insani aksiyalara həyata keçiriblər”.

 Əli Həsənovun sözlərinə görə, o zaman türk ordusu müsəlmanları müdafiə etmək üçün lazımı tədbirlər görüb. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi də, heç bir soyqırımı hadisəsi ilə müşahidə olunmayıb. Sadəсə olaraq, müharibə dövrünün tələblərinə uyğun həyata keçirilən aksiyalar idi. Bu gün isə  reallığı təhrif edərək, heç bir tarixi fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, bir qrup deputatın bu məsələyə qiymət verməsi subyektivdir, anti-müsəlman, anti-türk ovqatından qaynaqlanır və müasir dünyada hökm sürən, ikili standartların nətiсəsidir. Ona görə də bu kimi hallar pislənilməlidir. Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisələr olmayıb. Belə hadisə yalnız ayrı-ayrı dairələrin yürütdüyü siyasətin nətiсəsi olaraq meydana çıxıb. Əli Həsənov Çanaqqala zəfərinin isə real bir tarixi hadisə olduğunu bildirib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov:
"Çanaqqalada Türk əsgəri faktiki olaraq Türk xalqının iradəsini və Türk milli iradəsinin məğlubedilməzliyini ortaya qoyaraq, özünü, ərazisini və dövlətçiliyini xilas etdi. Bu real bir hadisədir. Bunun həyata keçirilməsi ilə bağlı Türkiyə və Azərbaycan respublikasının birgə fəaliyyət proqramı var. Türkiyə prezidenti və Azərbaycan prezidentinin qarşılıqlı şəkildə həyata keçirdiyi tədbirlər var. Bu tədbirlərin yekun nöqtəsi olaraq, aprelin 24-də Çanaqqalada, o cümlədən dünyanın müxtəlif ölkə rəhbərlərinin iştirtakı ilə bu qələbəni anan tədbirlər həyata keçiriləcək.

 Azərbaycan prezidentinin köməkçisi 1-ci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı genişləndirilən qarayaxma kampaniyasına da münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov birinci Avropa Oyunları ərəfəsində ölkəmizlə bağlı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib.

Əli Həsənov bu gün dünyada təzahür edən anti-islam, anti-türk siyasəti, hadisələrə ikili standartlar çərçivəsində yanaşma siyasətinin təəssüf doğurduğunu vurğulayaraq deyib: “Eyni zamanda, erməni lobbisinin dəstəyi ilə bəzi Avropa siyasətçilərinin, beynəlxalq və humanitar, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının fəaliyyətində də eyni təzahürlər müşahidə olunur. Bu təzahürlərdəki anti-Azərbaycan meyli də eyni amillərlə bağlıdır. Azərbaycan cəmiyyəti bunu çox gözəl bilir ki, ölkəmizlə bağlı formalaşdırılmağa cəhd göstərilən bu rəylərin, fikirlərin heç bir əsası yoxdur. Bunlar sadəcə olaraq Azərbaycan xalqının, dövlətinin uğurlarını, o cümlədən bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərin effektivliyini azaltmaq məqsədi daşıyır. Onlar heç nəyə nail ola bilməyəcəklər. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə bugünkü inkişafa dünyanın gözü qarşısında nail olub. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qabağındadır. Bunu heç kim inkar edə bilməz. Heç kim Azərbaycanda olmayan bir şeyi bizim üstümüzə ata bilməz”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda bütün hüquqlar və azadlıqlar təmin olunub. Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar