Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA ilə qalmaqal yaşayan elmi işçilər: “İntihar həddindəyik”


Alimlər üçün tikilən binadan ev ala bilməyən elmi işçilərlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi arasında çəkişmə aylardır ki, davam edir. Hər iki tərəf özünü haqlı hesab etsə də, hazırkı vəziyyətdə bir qrup elmi işçinin evsiz, küçədə qalma təhlükəsi var


Buna görə də 50-dən çox elmi işçi müvafiq qurumlardan kömək ala bilməyincə, hazırkı vəziyyətlərini musavat.com vasitəsilə ictimailəşdirmək qərarına gəliblər.

Onlar bildirirlər ki, dəfələrlə lazımı qurumlara müraciət ediblər, ancaq problemlərinə baxan yoxdur: “Hər addımbaşı bizi get-gələ salmağı, yorulmadan cürbəcür maneələrlə qarşımıza sədd çəkməyi, kimlərəsə güvənərək bu qədər insanın hüquqlarını pozaraq evsiz qoymağı AMEA rəhbərliyi artıq öz məqsədinə çevirib. AMEA rəhbərliyi uzun müddətdir, küçələrə tökülən bu qədər ziyalını görməyərək nəinki problemi həll etməyə çalışır, yaratmış olduqları problemi öz problemləri belə, hesab etmirlər. 2012-ci ildə böyük məharətlə bizi aldadaraq imzalarımızı toplayan və bunun sayəsində kulli miqdarda maddi gəlir əldə edən AMEA rəhbərliyi bu gün bizə imzalarımızın heç bir rolunun olmadığını, etibarsız olduğunu bildirir. Halbuki biz həmin imzalarla Respublikanın Prezident seçkilərində, Qanunverici orqanın - Milli Məclisin deputatlarının seçkilərində səsvermə hüquqlarımızı təsdiq etmişik. Biz bu ölkənin vətəndaşları və ziyalıları olaraq hər addımda ölkə rəhbərliyinin apardığı hər bir iqtisadi-siyasi uğuru dəstəkləyib alqışlamışıq. Və həmişə inanmışıq ki, bu  məmur özbaşınalığının qarşısı alınacaq”.

Müraciəti yayan elmi işçilər bildiriblər ki, sakinlər üçün tikilən 1 bloklu 16 mərtəbəli binanın 9  mərtəbəsi, yəni 61 mənzil AMEA tərəfindən paylanılıb, faktiki yataqxana sakini olan 6 ailə isə göstərilən ünvanda deyil, tamamilə aidiyyəti olmayan ərazidə yerləşdirilib: “Maraqlısı budur ki, yuxarıda qeyd olunan yataqxanaya heç bir aidiyyəti olmayan kənardan gələn 16 ailə hansı yollarlasa bizim evlərə sahib olublar. Demək olar ki, AMEA rəhbərliyi “bal tutan barmağını yalayar” məsəlinə çox böyük məharətlə riayət edib. Bu gün biz artıq evsiz qalmışıq və bu vəziyyət harınlamış məmurların heç birini narahat etmir.  Hətta qəbullarında olduqda belə, bizi oyuna gətirən məmurlar onlara, o cümlədən, dövlətə və onun qanunlarına inanmaqda bizi günahkar çıxarmaqla yanaşı, “hara istəyirsiniz, şikayət edin, onsuzda ərizələriniz baxılması üçün AMEA-ya göndəriləcək” deməklə işlərini bitmiş hesab edirlər. Bütün bunlardan cana doymuşuq, hər kəsdən ümidimiz kəsilib, demək olar ki, intihar həddindəyik. Bu özbaşına, tutduğu vəzifəni ancaq öz mənafeyinə yönəldən məmurlar bilməlidirlər ki, biz bu ölkənin vətəndaşlarıyıq və bütün qanunlar vətəndaşların hüquqlarını qorumaq üçün qəbul olunmuşdur. Onların bu özbaşınalığı ancaq və ancaq ölkə başçısının apardığı müqqəddəs işə mane olur, bizləri dövlətdən və hökumətdən narazı salmağa sövq edir”.

Səslənən ittihamlarla bağlı Mənzil Komissiyasının üzvü, AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev musavat.com-a bildirib ki, yataqxana sakinlərinin söylədikləri həqiqəti əks etdirmir: “Onlar məhkəməyə müraciət edə bilərlər”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar