Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMİP sədrinin adı «razılaşdırılmış çəkişmə»də


Qəbiristanlığa bitişik 57 sot torpağı alan «Planet Hall» MMC kimindir?


Analitik.az saytında «Bakı meriyasının «xeyir-duası» ilə «Planet Hall» torpaqları necə ələ keçirir?» başlıqlı (linki burada:http://analitik.az/index.php?lang=az§ionid=news&id=5324) məqalə dərc olunmuşdu. Yasamal rayonu Mətbuat prospekti 529-cu məhəllədə yerləşən qaraj sahiblərinin müraciəti və təqdim edilmiş sənədlər əsasında hazırlanmış yazıda «Planet Hall» MMC-nin Yasamal qəbiristanlığına bitişik ərazidə, sahiblərinin xəbəri olmadan, mövcud qarajların sökülməsini «qanuniləşdirən» məhkəmə qətnaməsinin çıxarılmasına necə nail olunmasından bəhs edilir.

1960-cı illərdən bu ərazidə qaraj sahibi olan şəxslərin təqdim etdyi sənədlərdən məlum olur ki, «Planet Hall» MMC Nərimanov rayon məhkəməsində Yusif Bağırzadə adlı şəxsə qarşı iddia qaldıraraq, bu şəxsin də qarajının olduğu 529-cu məhəllədə aparmağı planlaşdırdığı söküntü-tikinti işlərinə maneçiliklərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını tələb edib. Guya, ona kompensasiya təklif edilib, Yusif Bağırzadə isə razılaşmayıb, ona görə də söküntü-tikintini «qanuniləşdirmək üçün» məhkəmə qətnaməsi çıxarılmasına zərurət yaranıb. 

Məhkəmə 27.02.2013-cü il tarixli qətnaməsi ilə iddianı təmin edərək, nəinki Y.Bağırzadəyə, eləcə də bütün «digər fiziki və hüquqi şəxslərə» biznes-ticarət mərkəzinin inşası ilə əlaqədar söküntü-tikinti işlərinin aparılmasına maneçilikləri qadağan edib. Y.Bağırzadə məhkəmənin qətnaməsi ilə razılaşır, yalnız özünə kompensasiya verilməsini istəyir. Məhkəmə qətnaməsində isə nə Y.Bağırzadəyə, nə də «digər fiziki və hüquqi şəxslərə» kompensasiya verilməsindən heç söhbət də getmir. Nəhayət, 2014-cü ilin yayında icra məmuru əlində bildiriş 529-cu məhəlləyə gələndə 50-ə yaxın qarajın sahibləri olan «digər fiziki və hüquqi şəxslər» onlara «Planet Hall» MMC-nin məhkəmə qətnaməsi ilə «tələ qurduğunu» öyrənirlər.

Əslində, qaraj sahibləri düşünürlər ki, «Planet Hall» MMC-nin məhkəməyə müraciət edərək, onların əvvəllər tanımadığı Y.Q.Bağırzadə adlı şəxsə qarşı «söküntüyə mane olmamaq» tələbi ilə iddia qaldırması bilərəkdən qurulmuş işdir. Bəzi məlumatlara görə, «Planet Hall» MMC-nin cavabdeh kimi məhkəməyə verdiyi Y.Q.Bağırzadə də bu ərazidə söküntü işlərinin aparılmasında maraqlı şəxsdir.

Bu iddianın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik. Araşdırma apardıqda isə digər maraqlı bir məlumat üzə çıxdı. Bu iş üzrə məhkəmə qətnaməsində adı keçən Bağırzadə Yusif Qəzənfər oğlu – keçmiş deputat, hazırda AMİP sədri olan Yusif Bağırzadədir. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş Y.Bağırzadə 2003-2006-cı illərdə MSK-nın üzvü olduqdan sonra bir müddət ictimai-siyasi həyatdan uzaq düşdü. 2010-cu ildə Milli İstiqlal Partiyasına üzv olan keçmiş deputat elə həmin vaxt AMİP-in sədri seçildi. 2010-cu ildə keçirilən parlament seçkilərində isə uğur qazana bilmədi.

Qaraj sahibləri Yasamal qəbiristanlığı ərazisində 0,57 ha torpaq sahəsi ilə bağlı mübahisə açan «Planet Hall» MMC-nin də AMİP sədri Yusif Bağırzadəyə aid olduğunu deməsi diqqəti çəkən məqamdır. Ola bilər ki, adıçəkilən MMC-nin direktorunun da keçmiş deputatla eyni soyadda olması belə düşüncələrə yol açır. Bu mülahizələri dəqiqləşdirmək üçün Y.Bağırzadənin özündən münasibət öyrənmək mümkün olmadı. Çünki AMİP sədri Analitik.az-ın əməkdaşının zənglərinə cavab vermədi. 

Qeyd edək ki, Bakı şəhər Yasamal rayon icra hakimiyyəti başçısının 03.11.2008-ci il traixli sərəncamı ilə bu rayonun Mətbuat prospekti 529-cu məhəlləsində mövcud qarajların yerində 0,57 ha torpaq sahəsi «Planet Hall» MMC-ə ayrılıb. Bakı ŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27.10.2008-ci il tarixli məktubu ilə göstərilən ünvanda «Planet Hall» MMC tərəfindən biznes-ticarət mərkəzinin tikintisinə razılıq verilib. 

Maraqlısı odur ki, qəbiristanlığa bitişik ərazidə 0,57 ha (57 sot) torpaq sahəsində biznes-ticarət mərkəzinin tikintisini planlaşdıran «Planet Hall» MMC-nin rəhbəri və ya sahibi bu məsələlərdə, ümumiyyətlə, yaxına gəlmir. Bir neçə ay əvvəl gələn şəxslər isə bu MMC-nin arxasında yüksək vəzifəli şəxslərin durduğunu deyiblər. Məhkəmə sənədlərindən isə «Planet Hall» MMC ilə Y.Bağırzadənin əks tərəflər olsalar da, «razılaşdırılmış çəkişməyə» girmələri qənaəti yaranır.

Hər halda, paytaxtda «Yasamal qəbiristanlığı» kimi tanınan ərazidə biznes-ticarət mərkəzi tikmək fikrinə düşən «Planet Hall»ın Y.Bağırzadə ilə əlaqəli olub-olmadığına yalnız AMİP sədri özü aydınlıq gətirə bilər. Mövzunu davam etdirəcəyik. (dia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar