Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA 4 hərbi sursat aşkarlayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 7 aprel - 28 may tarixlərində Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatın nəticələrini açıqlayıb


ANAMA-dan daxil olan məlumatda bildirilir ki, hesabat dövrü ərzində Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 22 000 kv.m ərazi yoxlanılıb.
 
Rayonun Qarağacı kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerində 1 ədəd 122 mm-lik mərmi aşkar olunub, ümumilikdə 200 kv.m ərazi yoxlanılıb. Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 3 partlayış yerində 2 ədəd qrad raketinin mühərrik hissəsi tapılıb, 4500 kv. m ərazi yoxlanılıb. Ümumilikdə Tərtər rayonunda 5 ev və həyətyanı sahəyə, 16 partlayış yerinə baxış keçirilib, 3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik mərmi aşkar olunub və 26700 kv.m ərazi təmizlənib.
 
Ağcabədi rayonunun Hacılar kəndində 3 əkin sahəsində, 1 orta məktəbin həyətində 4 partlayış yerinə baxış keçirilib, 26 000 kv.m ərazi yoxlanılıb. Füzuli rayonunun Şükürbəyli kəndində 4 əkin sahəsində 4 partlayış yeri, ümumən 1740 kv. m ərazi yoxlanılıb.
 
Ümumilikdə,  28 may tarixində  5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 orta məktəb ərazisində,  24 partlayış yerinə baxış keçirilib.  Baxış nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 54 440  kv. m ərazi təmizlənib.  Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar