Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS-də ehsan davası - Video


Ötən gün ANS televiziyasında “Günə baxan” verilişində qonaq qismində qatılan DQİDK və QMİ nümayəndələri arasında açıq şəkildə mübahisə düşüb


Mübahisənin mövzusu isə ehsan qadağası olub. Dini Komitə əməkdaşı Nahid Məmmədovla Dini İdarə təmsilçisi Surxay Məmmədli arasında söz dueli baş verib. 

S.Məmmədli bildirib ki, ehsan verilməsini qadağan etmək olmaz. N.Məmmədov isə bildirib ki, DQİDK ümumiyyətlə, ehsan məclislərinin, israfçılığın əleyhinədir. “Halva, çay ehsan deyil” deyə sual edən N.Məmmədov əsas mübahisənin yas mərasimlərində yemək vermək olmadığını deyib. S.Məmmədli isə deyib ki, heç kim ehsan mərasimini yığışdıra bilməz: “Mən efirdən QMİ-nin nümayəndəsi kimi deyirəm: heç kim, heç zaman ehsan mərasimini yığışdıra bilməz. Bu birmənalıdır”.

Öz növbəsində komitə rəsmisi bildirib ki, hökumətin ehsan süfrələrini ləğv etmək niyyəti yoxdur: “Biz bu məsələni birmənalı olaraq qoymuşuq ki, bu məsələ yalnız yas mərasimləri ilə bağlıdır və yasda israfın qarşısını almağa hesablanıb. Çünki bununla bağlı bizə şikayətlər gəlib. Bunun İmam Hüseyn (ə) məclislərinə, digər məclislərə aidiyyəti yoxdur. Yalnız israfın qarşısını almaq üçündür”. 

S.Məmmədli:

- Belə çıxır ki, bunun qarşısını almaqla bəzi fərdlər islamı zəiflətmək, yox etmək istəyir. İslamı yox etməklə milli-mənəvi dəyərlərimizi aradan aparmağa çalışırlar.

N.Məmmədov: 

- Məsələ ehsan mərasimi deyil, məsələ yas mərasimlərindəki israf məsələsidir, qarşıdan gələn Məhərrəmlik aylarında veriləcək ehsanlara bu məsələnin heç bir aidiyyəti yoxdur. 

S.Məmmədli:

- Ehsan ümumi anlayışdır, gözəllik, xeyirxahlıq mənasındadır. Bu gün mən İmam Hüseyn (ə) üçün, atam üçün ehsan süfrəsi açıram. Bizim ehsan verməkdə məqsədimiz Allahın razılığını qazanmaqdır. 

Qeyd edək ki, veriliş boyu tərəflər bir-birinin sözünü kəsərək müdaxilə edib və haqlı olduğunu sübut etməyə çalışıb. Aparıcı Kamran Həsənli isə bildirib ki, bu gün Bakıda bir ölünün yuyulması diri adamın yuyulmasından baha başa gəlir. K.Həsənli Bakı məscidlərində meyitin 80 manata yuyulduğunu söyləyib. 

Ümumilikdə hər iki tərəf sona qədər öz fikrində qalıb. Surxay Məmmədli ehsan ənənəsinin qalacağını bildirib. Əslində veriliş hər iki qurum arasında fikir ayrılığını açıq şəkildə ortaya qoyub. Məlum olub ki, QMİ rəhbərliyi ehsan qadağasını ölkədə dini fəaliyyətlərin bir hissəsi kimi görərək bunun qadağan edilməsinə qarşıdır. 

Bu məsələdə Dini Komitənin təklif etdiyi israfa qarşı mübarizə əslində QMİ-nin maraqlarına cavab vermir. Görünən odur ki, hər iki qurumun rəhbərliyinin mövqeyi televiziya verilişinə dəvət alan əməkdaşlara da sirayət edib. 

Veriliş eyni zamanda daha əvvəl yazdığımız kimi, Şeyxlə komitə rəhbərliyi arasındakı münaqişəni bir daha açıq şəkildə təsdiqləyir.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar