Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS-in yayımı bərpa olacaqmı?


Mais Məmmədov: “Hələ heç bir müsbət xəbər yoxdur”


ANS-in qapadılmasının 8 ayı tamam oldu. 

Kanalın bağlanmasından sonra ötən müddət ərzində keçirilən məhkəmə prosesləri heç bir nəticə verməyib və telekanal rəhbərliyinin iddiaları təmin edilməyib.


Ötən 8 ay ərzində ANS-in əməkdaşlarının da bir qismi digər kanallarda işə düzəliblər. Lakin əksər əməkdaşların kanalın fəaliyyətinin bərpa olunacağı ümidi ilə gözlədikləri bildirilir.

Eyni zamanda yayılan məlumatlara görə, Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakının hazırda yerləşdiyi binadan çıxarılması üçün martın 23-dək vaxt verib. Lakin institutun rəhbərliyi bildirib ki, ANS-in rəhbərliyi özü bu ərazidən köçmək qərarını verib və fəaliyyətlərini başqa yerdə davam etdirəcəklər.

ANS Şirkətlər Qrupunun prezidentinin media müşaviri Mais Məmmədov “Yeni Müsavat”a söyləyib ki, kanalın açılması ilə bağlı hələ də heç bir müsbət xəbər yoxdur. M. Məmmədov onu da qeyd edib ki, bütün bunlara baxmayaraq, onlar hələ də ümidlə kanalın açılacağı günü gözləyirlər...

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Həmin zamandan etibarən kanalın fəaliyyəti dayandırılıb. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar