Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS 2006-ci ildəki taleyini yenidən yaşaya bilərmi?


MTRŞ telekanalı məhkəməyə verdi; ANS-ə qarşı hücumların arxasında nələr dayanır? Ekspert kanalın hər seçkiöncəsi bu cür situasiya ilə üzləşdiyini deyir


Mehman Əliyev: “MTRŞ müəyyən dairənin tapşırığını yerinə yetirir” 

Son günlərin  əsas müzakirə mövzusu Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə telekanallarımız arasında cərəyan edən məlum hadisələrdir. MTRŞ-nın sentyabrın 30-da keçirilən iclasından sonra başlayan proses artan xətlə gedir. Hər keçən gün məsələ daha dramatik şəkil alır. 

Rəsmi qurum ANS və ATV-də yayımlanan bir sıra tok-şou verilişlərini qapatsa da, hadisələrin mərkəzi nöqtəsində ANS dayandı. Buna səbəb də, ATV-dən fərqli olaraq, ANS telekanalının prosesə dirəniş göstərməsidir. Ölkəmizdə fəaliyyət göstərən televiziyalar içərisində ANS yeganə kanaldır ki, arxasında heç bir rəsmi qurum dayanmır, yaxud heç bir quruma hesabat vermir. Yəni, bir növ müstəqilliyini saxlaya bilib. ANS daha çox Qərb dairələrinə yaxın bir kanal kimi çoxları qəbul edir. Bütün bunlara görə, kanalın MTRŞ-nın hər hücumunda əsas hədəfə tuş gəldiyi deyilir. 

MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmlinin açıqlamalarında birbaşa ANS-i hədəfə alması, kanal barəsində sərt fikirlər səsləndirməsi bir çox mətləblərdən xəbər verdi. O, açıq şəkildə bir sıra kanalların bağlanma təhlükəsi ilə üz-üzə qaldığını üstüörtülü şəkildə vurğuladı. Onun “Azərbaycanda qoy 10 televiziya kanalı olmasın, 6 və ya 7 televiziya kanalı olsun” kimi fikirləri, bəlkə də, son 10 gündə yaşanan qalmaqalların açarı idi...
Bütün bunlardan sonra bəzi ekspertlər proqnozlaşdırırlar ki, ANS-i 2006-cı ilin taleyi gözləyir. Gedən proseslər də bunu deməyə əsas verir. MTRŞ-nın son iclasında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ANS-in 54 min manat məbləğində cərimə olunması, son olaraq da, rəsmi qurumun seriallara ayrılan dövlət büdcəsindən kanalın düzgün istifadə etməməsi ilə bağlı məhkəməyə müraciət etməsi yaşanan proseslərin xoş sonluqla bitməyəcəyinin göstəricisidir. 

19 gündür davam edən qalmaqal onu da sübut etdi ki, qara buludlar ANS-in başında fırlanır. Hazırda hakimiyyətə qarşı loyal münasibət sərgiləyən bir kanala qarşı seçkiöncəsi bu şəkildə basqıların olması suallar doğurmaya bilməz. 

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, hər seçkiöncəsi ANS-ə qarşı belə təzyiqlər olur: “Seçkiöncəsi daim müşahidə etsək, şahidi olarıq ki, ANS-ə ya xəbərdarlıq edilir, ya da Vergilər Nazirliyi araşdırmalara başlayır. Bu daha çox parlament seçkiləri zamanı kanalın özünü müəyyən çərçivədə saxlaması ilə bağlıdır. Reallıqdır ki, bütün media orqanlarında az-çox dərəcədə senzura var. Bu birbaşa seçkilərlə əlaqədardır”.

M.Əliyev ANS-in 2006-cı ildəki qədər təzyiqlərə məruz qalmayacağını düşünür: "İndiki vaxtda belə bir vəziyyət görmürəm. 2006 kifayət qədər gərgin dövr idi. Əhalinin qarşıdan gələn seçkilərdə fəal olmasını istəmirlər. MTRŞ müəyyən dairənin tapşırığını yerinə yetirir. Çünki müstəqil qurum deyil. Prezident Administrasiyasına bağlıdır. Bizdə kanallar KİV-in qanunlarını pozurlar. 40-cı maddədə obyektivlik, balans kimi məsələlərə çağırışlar var. Bu maddəyə əməl olunmur. MTRŞ niyə bunları görmür? Əgər müstəqil qurum olsaydı, görərdi. Deməli, bu quruma deyirlər ki, bunu görməməlisən, o da görmür. Yalnız reklam işləri ilə məşğuldurlar. Cəmiyyət kanallardan obyektivlik, düzgün məlumat, balans qoruma gözləyir. Çünki, hər bir vətəndaş normal məlumat almalıdır ki, buna uyğun da hərəkət etsin. Bütün bunlar hüquq və qanunların pozulmasıdır. MTRŞ-nın özü də əsasnaməsinə əməl etmir. O zaman kimə lazımdır bu qurum?”.

“Turan” rəhbəri ANS-in Qərblə bağlı olması fikirlərini qəbul etmir: “Açığı ANS-in Qərbə bağlı olduğunu, Qərbin müəyyən dairələri tərəfindən dəstəkləndiyini görmürəm. Əslində daha çox prezidenti və onun yaxın ətrafını təqdir edir. Müxtəlif informasiyalar var. Operativ məlumatlarla ictimaiyyəti bir çox məsələlərlə tanış edə bilir. Tək ANS böhranda deyil. Bütün telekanallar bu vəziyyətdədir. Azərbaycan mediası da bu vəziyyəti yaşayır. Bu ondan irəli gəlir ki, bütün mediaya hakimiyyət tərəfindən ciddi təzyiqlər var. Hamı qorxu altındadır. Müxtəlif təzyiq növləri ilə media nəzarətə götürülüb. Medianın özünü dolandıra bilməməsi kimi ciddi problem var. Uzun müddət davam edən vəziyyətdir. ANS bu vəziyyətin bir tərkib hissəsidir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar