Türkiyəyə səfərimdən sonra Fətullah Gülən şəbəkəsi ilə bağlı baxışlarım dəyişib
Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok deyib.
“Bu qrup illər ərzində gizli ittifaq yaratdı. Dövlətin içinə daxil oldular. Nazirlik və qurumlarda yer aldılar. Onlar dövlətdə və toplumda şəriət qaydalarının tətbiq olunmasını istəyirlər. Məsələ ilə bağlı ayıq-sayıq olmalıyıq”, - komitə sədri bildirib.
Qeyd edək ki, Elmar Brokun rəhbərlik etdiyi nümayəndə heyəti ötən həftə Türkiyəyə səfər etmişdi.