Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ASAN-la memorandum imzaladı


Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb


Memorandum Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev və “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.

Memorandumun əsas məqsədi dövlət və qeyri-dövlət təşkilatlarına standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq xidmətlərinin göstərilməsi, birgə təlimlərin təşkil edilməsi və bu sahədə proqramın hazırlanması və əlaqələndirilməsidir.

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev qeyd edib ki, muasir tələblərə cavab verən standartların tədbiqi ölkəmizdə innovasiyaların,yeni texnologiyaların və qabaqcıl təcrübənin inkişafda böyük əhəmiyyət kəsb etdiyindən hər iki qurumun potensiallarını birləşdirən müvafiq dövlət və qeyri dövlət təşkilatlarının keyfiyyət infrastrukturu sahəsində xidmətlərin göstərilməsi çox mühim haldır.

“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Aqasi memorandumun innovasiya və standartlaşdırmanı vahid iş çərçivəsində bir araya gətirən mükəmməl bir imkan olduğunu, həmçinin dövlət qurumları və özəl sektor ilə fəal şəkildə əməkdaşlıq etməyə şərait yaradacağını bildirib.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu elm və texnikanın inkişafına müvafiq olaraq məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlətin və istehlakçıların mənafeyinin müdafiəsi, istehsalda və ticarətdə texniki maneələrin aradan qaldırmaqla məhsulların dünya bazarlarında rəqabətliyinin artırılması və səmərəli iştirakının təmin edilməsi istiqamətində fəaliyyət göstərir. 

“İnnovasiyalar Mərkəzi” MMC isə informasiya texnologiyalarının (İT), innovativ məsələlərin tətbiqi, texniki tapşırıqların və proqram təminatının hazırlanması, informasiya sistemləri və informasiya ehtiyatlarının yaradılması, xidmətlərin elektron formada təşkili istiqamətində müvafiq texniki tapşırıqların, təlim və treninqlərin təşkili, konsaltinq xidmətlərinin həyata keçirilməsi, tədris-metodiki vəsaitlərin və texnologiyaların hazırlanması ilə bağlı işlərin görülməsi ilə bağlı məsələlərin həllini təmin edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar