Yerləşdiyi inzibati binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar fəaliyyətini bir günlük dayandıran 2 saylı "ASAN Xidmət" mərkəzi bugündən vətəndaşlara xidmət göstərməyə başlayıb
Bu barədə ASAN Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 Çağrı mərkəzindən də əldə etmək olar.
Xatırladaq ki, sentyabrın 13-də 2 saylı "ASAN Xidmət" mərkəzinin yerləşdiyi binada yanğın baş vermişdi. Hadisə ilə əlaqədar 2 saylı "ASAN Xidmət" mərkəzi fəaliyyətini bir günlük dayandırmışdı.