Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ-nın Bakıdakı iclasında xristian-müsəlman qarşıdurması


Bu gün Bakıda Avropa Şurasının “Mədəniyyətlərarası dialoq: mədəniyyətlə dinin qarşılıqlı əlaqəsi” mövzusunda iclası keçirilir


Sözügedən konfransın məqsədi mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq sahəsində təcrübə mübadiləsi aparmaq, bu əməkdaşlığı genişləndirməyə təkan və töhfə vermək, həmçinin bütün Avropa məkanında arzuedilən anlaşma mühitinin yaradılmasıdır.

Lakin məqsədi anlaşmaya nail olmaq olan tədbirdə bəzi məsələrdə anlaşma əldə etmək mümkün olmayıb. Belə ki, “Mədəniyyətlərarası dialoq: mədəniyyətlə dinin qarşılıqlı əlaqəsi” adlı konfransın yekun qətnaməsinin qəbulu zamanı iclas iştirakçıları arasında fikir ayrılığı yaranıb.

Virtualaz.org saytının tədbirdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, konfrans iştirakçıları Suriyaİraqda müsəlmanların radikal qruplar tərəfindən qətlə yetirilməsini pisləyən bəndin yekun sənədə daxil edilməsinə razılıq verməyiblər. Onlar yalnız xristianların məhv edilməsini pisləyən bəndlə kifayətlənməyə çalışıblar.

Bu isə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Emin Eyyubovun etirazına səbəb olub. Müsəlmanların qətlə yetirilməsi barədəki bəndi də yekun qətnaməyə salmağı E.Eyyubov təklif etmişdi.

“Axı biz görürük ki, İraqSuriyada hər gün nə qədər müsəlman - həm sünnilər, həm də şiələr radikal qruplar tərəfindən qətlə yetirilir. Biz bunları niyə görməzliyə vurub yalnız təkcə xristianların qətlindən danışmalıyıq? Əlbəttə, dinindən asılı olmayaraq istənilən insanın öldürülməsi faciədir. Ona görə də biz yalnız bir dinə mənsub olan insanlara qarşı cinayətlərdən danışmamalıyıq. Əgər burada insan haqlarından danışırıqsa, onda bütün insanlara və insaniyyətə olan cinayətlərdən söz açmalıyıq” - deyə səfir E.Eyyubov bildirib.

Azərbaycan nümayəndəsinin bu bəyanatı sənəd müəlliflərini çaşqınlığa saldı. Onlar qətnamənin yeni mətnini hazırlamaq üçün 10 dəqiqə fasilə verilərək vaxt ayrılmasını xahiş etdilər. Lakin bu fasilədən sonra da sənədin mətni ətrafında anlaşma əldə etmək mümkün olmadı. Bəzi dini qrupların nümayəndələri müsəlmanların qətlə yetirilməsinin pislənilməsinə dair bəndin yekun sənədə daxil edilməsinə razılıq vermədilər.

Beləliklə, yekun sənəd qəbul edilmədi. Konfrans iştirakçıları sadəcə bu istiqamətdə işləri davam etdirməyin vacibliyi məsələsində razılığa gələ bildilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar