Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ PA-da Qarabağ debatı


Azərbaycanın münaqişə ilə bağlı təklifi keçdi...


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında “Dağlıq Qarabağ Azərbaycanın işğal edilmiş digər ərazilərində vəziyyətin gərginləşməsi” adlı yeni məruzənin hazırlanmasının siyasi işlər və demokratiya komitəsinə həvalə olunması barədə qərar ətrafında müzakirələr aparılıb. 

Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov münaqişəyə dair AŞ PA-da müzakirələr aparılmasının vacibliyini vurğulayaraq deyib: “Erməni həmkarlarımız bu problemin yalnız Minsk Qrupu çərçivəsində həll olunmasına can atırlar. Əziz həmkarlar, bəs hazırkı assambleya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə yaratmaq istədikdə siz harada idiniz? Biz bu problemi sizinlə burada müzakirə etmək istədik, siz isə bundan imtina etdiniz. Assambleyanın sədri hər iki ölkənin nümayəndə heyətlərinə danışıqlar masası ətrafında oturmağı, bu mürəkkəb vəziyyətdən qəbul edilə biləcək çıxış yolu tapmaq üçün təkliflə çıxış etdiyi zaman siz harada idiniz? Siz yenə də imtina etdiniz. 

Avropa Şurası və assambleya Azərbaycan tərəfinin deyil, özünün təyin etdiyi bitərəf məruzəçisinin mövqeyini eşitmək barədə razılıq verdikdə hər dəfə yox deyirsiniz. Bəs belə olan halda biz nəyi müzakirə edə bilərik? Artıq vaxtdır ki, biz bu kimi məsələlərdə Avropa Şurasının səsini eşidək. Azərbaycandan və Ermənistandan deyil, Avropa Şurası tərəfindən gələn obyektiv məlumatlar və obyektiv hesabat olduqca vacib məsələdir. Hesab edirəm ki, AŞ PA-nın gündəliyindən bu məsələni çıxartmaq istəyənlər üçün bu çox vacib bir siqnal olardı”.

«AzərTAc»ın məlumatına görə, müzakirələrdə çıxış edən əksər deputatlar münaqişə ilə bağlı məruzənin siyasi işlər və demokratiya komitəsinə həvalə olunması barədə Azərbaycan nümayəndə heyətinin təklifini dəstəkləyiblər.

Ermənistan nümayəndə heyətinin üzvü Hermina Naqdaliyan məsələnin müzakirəsini monitorinq komitəsinə çıxarmaq barədə təklif irəli sürüb və onun təklifi ümumi səsə qoyulub. Səsvermədə iştirak edən 128 deputatdan 74-ü məsələnin monitorinq komitəsinə deyil, siyasi işlər və demokratiya komitəsinə həvalə edilməsinin lehinə, 47 deputat əleyhinə səs verib, 7 deputat isə bitərəf qalıb.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar