Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ PA prezidentinin Bakı səfərindən gözlənənlər...


Novella Cəfəroğlu: “Ən əsası məhkəmələr heç kəsə tabe olmamalıdır, məhkəmə-hüquq sistemində islahatlar olmalıdır”


Sentyabrın 23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri ilə görüşüb. 

Modern.az xəbər verir ki, görüşdə Avropanın bəzi qurumlarının ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartlar əsas müzakirə mövzusu olub.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmiz Avropaya inteqrasiya istiqamətində daim irəliləyir. Lakin Avropa Parlamenti bugünlərdə növbəti dəfə Azərbaycanla bağlı əsassız və qərəzli qətnamə qəbul edib. Həmin qətnamədə bir sıra məqamlarda AŞPA-ya da istinad olunub. Amma ölkəmizə qarşı təcavüz siyasəti həyata keçirən Ermənistanda insan haqları sahəsində vəziyyət acınacaqlı olsa da, bu ölkə əleyhinə heç bir tədbir görülmür. 

Sonra AŞ PA-nın sədri Ann Brassör Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyətə dair mövqeləri ilə maraqlanıb və suallarına ətraflı cavab alıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, VHP-nin sədr müavini Fəzail İbrahimli, ADİP sədri Asim Mollazadə və BAXCP sədri Qüdrət Həsənquliyev iştirak edib.

AŞ PA prezidentinin Bakı səfəri Avropa Parlamentinin ölkəmizlə bağlı qətnamə qəbul etməsindən sonraya təsadüf edir. Bu mənada səfərin hansısa nəticə verəcəyi gözləntisi var. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ümid edir ki, AŞ PA prezidentindən sonra vəziyyət nisbətən dəyişəcək: “Ümid edirəm ki, prezidentlə görüşəndən sonra hansısa addımlar atılacaq. Ancaq biz görüş zamanı da dedik ki, ölkədə islahatlar həyata keçirilməlidir. Ən əsası məhkəmələr heç kəsə tabe olmamalıdır, məhkəmə-hüquq sistemində islahatlar olmalıdır. Yoxsa bu gün 5-10 nəfəri, ya 50 nəfəri azadlığa buraxırlar, sabah digərlərini həbsə atırlar. Ona görə də polis, prokurorluq, məhkəmə müstəqil olmalıdır”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar