Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT Parlament Assambleyasının prezidenti Bakıda Dağlıq Qarabağla bağlı niyə danışmadı?

Vəfa Quluzadə: "Ranko Krivokapiç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri qorxusundan dilə gətirmədi"


Aydın Mirzəzadə: "ATƏT rəsmiləri diplomatik bəyanatlar versələr də, bu məsələdə onların prinsipial mövqedən çıxışını görmürük".

Bir neçə gün öncə dövlət başçısı İlham Əliyev Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirtdi. Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupuna həvalə olunsada artıq 20 ildən artıqdır ki, bu qurumun münaqişəninin həlli üçün heç bir iş görmədiyi ortalıqdadır. Son bir il müddətində isə ATƏT-in Minsk Qrupunun fəaliyyəti formal olaraq belə nəzərə çarmayıb. ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin Bakıya səfəri zamanı isə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmaması diqqət çəkdi. Bu barədə PİA.AZ-ın əməkdaşı olitoloq Vəfa Quluzadənin və hakim partiyanının nümayəndəsi Aydın Mirzəzadəninin fikirini öyrənib

Vəfa Quluzadə: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Rusiyanın günahı ucbatındandır".

Politoloq Vəfa Quluzadə bu görüş barədə öz fiklərini bildirirkən ATƏT-i qorxaqlıqda suçladı:

"Çox təəssüflər olsun ki, ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri qorxusundan dilə gətirmədi. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Rusiyanın günahı ucbatındandır. Bu münaqişəni yaradan bilavasitə rəsmi Moskvadır. Mən dəfələrlə İslam Konfransı Təşkilatı (İKT) Dövlət başçıları konfransının sammitlərində iştirak etmişəm. Onların elə də böyük nüfuzu yoxdur. Bu qurum nə qətnamə deyilibsə, hər birini qəbul edib. Hətta Ermənistanı təcavüzkar da adlandırıblar. Amma bunu heç kəs eşitməyib". 

Aydın Mirzəzadə: "ATƏT beynəlxalq hüququn təminatçısı kimi bu məsələdə öz sözünü deməlidir"

Millət vəkili Aydın Mirzəzadə ATƏT-in prinspial davranmadığını önə çəkdi:

"ATƏT-in üzvü olan Ermənistan, ATƏT-in üzvü olan Azərbaycanın ərazisinin bir hissəsini işğal edib və indiyədək də ölkəmizin ərazi bütövlüyünü tanımır. ATƏT beynəlxalq hüququn təminatçısı kimi bu məsələdə öz qəti sözünü deməlidir. Çox təəssüf ki, ATƏT rəsmiləri diplomatik bəyanatlar versələr də, bu məsələdə onların prinsipial mövqedən çıxışını görmürük. ATƏT-in Minsk qrupu yaradılıb və 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Amma yenə də məsələni hər iki ölkənin ixtiyarına buraxırlar. Ermənistan bu gün işğal etdiyi Azərbaycan torpaqlarını öz nəzarətində saxlamaqla, beynəlxalq hüquqa hörmətsizlik edir".

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar