Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT Ukraynanı Rusiyaya necə satdı ...


Ukrayna ATƏT-dən ATƏT isə Ukraynadan narazıdır; hərbçilərinin dislokasiya yerlərinin Rusiya tərəfi üçün açılması vasitəçi missiyaya etirazlara səbəb olub


ATƏT-in Ukrayna hərbçilərinin dislokasiya yerləri haqqında Rusiya hərbçilərinə çatımlı informasiya yaymasını Ukrayna “üçtərəfli əməkdaşlıq” üçün ziyanlı sayır.

ATƏT Ukrayna hərbçilərinin dislokasiya yerləri ilə bağlı informasiya yayıb. Noyabrın 10-da Ukrayna və Rusiya təmsilçiləri ilə görüşən ATƏT-in Xüsusi Monitorinq Missiyasının müşahidəçiləri internetdəki rəsmi səhifələrində bu haqda detallı bilgi yerləşdirib.

Beləliklə də, Rusiya hərbçiləri Donetsk vilayətinın Karlovka kəndində yerləşdirilmiş Ukrayna silahlı qüvvələri haqqında detalları bilgi əldə ediblər. ATƏT hesabatın sonunda tərəflərlə geniş əməkdaşlığın vacib sayıldığını vurğulayıb.

ATƏT hesabatında antiterror əməliyyatı aparan Ukrayna hərbçilərinin Karlova yolunda monitorinq qrupu təmsilçilərini saxlayaraq sənəd tələb etdiklərindən də “şikayətlənib”. ATƏT müşahidəçiləri yalnız 2 saat yarım sonra sərbəst buraxılıb.

Ukrayna Müdafiə Nazirliyi isə durumdan narazıdır. Nazirliyin bu haqda yaydığı açıqlamada bildirilir ki, Ukrayna münaqişənin nizamlanması üçün bütün beynəlxalq təşəbbüsləri dəstəkləsə də hərbi informasiyaların münaqişə tərəfi üçün açıq olmasını bəyənmir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar