Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXCP-dən daha beş gənc Razi Nurullayevin tərəfinə keçdi


Gənclər Əli Kərimlinin siyasətinə etiraz etdilər; yeni AXCP-nin sıraları günbəgün genişlənir


AXCP-də istefalar səngimək bilmir.

 Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə qoşulanların sayı günbəgün artır. Qurumun daha beş gənc üzvü partiya sıralarından istefa verərək, R.Nurullayevin tərəfinə keçiblər.

Gənclər sosial şəbəkələrdə paylaşdıqları şəkillərdə öz fikirlərini ifadə ediblər. Hüseyn Bayramov, İsmayıl Azəroğlu, Kamran Fərəcov, Riçard Bəkiroğlu və Ceyhun Bayramov Əli Kərimlinin yürütdüyü siyasəti pisləyərək, bundan sonra fəaliyyətlərini R.Nurullayevin liderliyi altında davam etdirəcəklərini bildiriblər. 

Cəbhəçi gənclər üzərində "Əli Kərimli biz sizə yox deyirik”, "Razi bəy biz sizi dəstəkləyirik" və "Gənclərlə irəli gedəcəyik" yazılmış plakatlar tutmaqla, Əli Kərimlinin siyasətinə etirazlarını ifadə ediblər. Gənclər öz bəyanatlarında partiyada fəaliyyət göstərdikləri dövrdə şəxsən sədrin göstərişi ilə təzyiqlərlə üzləşdiklərini bildiriblər. 

Bəyanatda bu sözlər yer alır: “Partiyada hökm sürən avtoritarizm gənclərin inkişafını əngəlləyir. Çünki hər bir gəncin timsalında Əli Kərimli özünün alternativini görür. Etimadsızlıq mühitində fəaliyyət göstərmək mümkün deyil. Partiya üzvlərinin 90 faizi bu gün Əli Kərimliyə etimadsızlıq göstərir və onu sədr kimi görmək istəmir. Biz bütün AXCP üzvlərini ona etimadsızlıq göstərməyə və fəaliyyətlərini Əli Kərimlisiz AXCP-də davam etdirməyə çağırırıq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar