Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXCP-nin təşkilat sədri istefa verdi


AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiyadan istefa verib


İ. Qurbanov bununla bağlı bəyanat yayıb.

O, haqqında açılan istintaq işinə kənar müdaxilələrin olmaması və buna siyasi don geyindirilməməsi üçün Sumqayıt təşkilatının sədrliyindən və AXCP sıralarından istefa verdiyini bildirib.

“Əminəm ki, mənim haqda istintaq ədalətli aparılacaq və hər şeyə aydınlıq gətiriləcək. Buna görə istintaqa heç bir kənar təsirlərin və bəzi dairələrin bu məsələyə siyasi don geyindirilməsinin qarşısının alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Sumqayıt şöbəsi AXCP-nin ən problemli təşkilatıdır. Ötən ilin sonlarında şöbənin 52 üzvü yazılı şəkildə istefa verərək KXCP-yə keçib.

Həmin vaxt şöbənin sədri olan Kəmaləddin Rəhimov AXCP rəhbərliyini sərt tənqid etmişdi.

“Partiyada həqiqəti deyənlərə satqın damğası vururlar. Bəzən xahiş edirlər ki, baş verənləri ictimaiyyətə açıqlamayaq, gizlədək. Amma kim istefa verirsə, sosial şəbəkələrdə onu təhqir edirlər”, - deyə o bildirmişdi.

Məlumatlara görə, son dövrlər AXCP-dən 80-ə yaxın üzv istefa verib. Istefa verənlər adətən bu haqda ictimaiyyətə məlumat verməkdən çəkinirlər. Çünki AXCP sədrinin “facebook” şəbəkəsindəki qrupları istefa verdiyini açıqlayanlar haqda qara piar kampaniyası aparır, onlara qarşı hücumlar edir.(publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar