Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXCP Müsavatla münasibətləri vaxt itkisi sayır


İkram İsrafil: “Müsavat öz böyüklüyünü, heç kimə kin-kidurət bəsləmədiyini göstərib”


Milli Şuradan çıxdıqdan sonra Müsavat Partiyası ilə AXCP-nin arasında qırılan münasibətlərin bərpasının mümkün olub-olmaması istiqamətində söhbətlərin getdiyi bir vaxtda AXCP sədrinin müavini Razi Nurullayev tərəfindən yeni açıqlama verilib. 

R.Nurullayev bildirib ki, Müsavatla münasibətlər AXCP üçün artıq vaxt itkisidir. Onun sözlərinə görə, AXCP vaxt itkisinə yol verməyi məqsədəuyğun saymır. 

AXCP-dən bu cür münasibət ortaya qoyulmasına baxmayaraq, bir neçə gün öncə Müsavat Divanının üzvü İkram İsrafil təmsil olunduğu partiyanın demokratiya uğrunda mübarizə aparan partiyalarla əməkdaşlıqda maraqlı olduğunu bəyan etmişdi. R.Nurullayevin məlum açıqlamasının İ.İsrafilə cavab olduğunu düşünənlər də var. 
Bəs İkram İsrafil özü Əli Kərimlinin müavinindən gələn “Müsavatla münasibətlər AXCP üçün artıq vaxt itkisidir” bəyanatına necə yanaşır?


İ. İsrafil bildirdi ki, əvvəlki mövqeyində qalır. Müsavat Partiyası ölkədə demokratik seçkilər keçirilməsi, demokratiyanın qurulması istiqamətində fəaliyyət göstərən partiya və təşkilatlarla əməkdaşlıqda maraqlıdır.  Onun sözlərinə görə, AXCP-də kimlərsə bunda maraqlı deyilsə, bu, onların öz işidir: “Müsavat Partiyası bu mövqeyini Milli Şuradan çıxdıqdan sonra da əməli addımları ilə rəsmi şəkildə ortaya qoyub. Belə ki, Müsavat Partiyası AXCP-yə, KXCP-yə, EL Hərəkatına, NİDA Vətəndaş hərəkatına ikitərəfli əməkdaşlıq üçün müraciət edib. 

Onlardan müsbət cavab EL hərəkatından və NİDA-dan gəldi. AXCP Müsavat Partiyasının Milli Şuradan getməsini əsas göstərib müraciətimizə mənfi cavab verdi. Faktiki olaraq əməkdaşlıqda maraqlı olmadıqlarını ortaya qoydular. İndi də bəzi AXCP funksionerləri demokratiya uğrunda əməkdaşlığı istəmədiklərini, bu istiqamətdə əməkdaşlığı mənasız vaxt itkisi saydıqlarını bəyan edirlərsə, bunun qiymətini yəqin ki, cəmiyyət verəcək. Müsavat funksionerlər arasında bir müddət davam edən söz çəkişmələrinə, gərginliyə rəğmən öz böyüklüyünü, heç kimə kin-kidurət bəsləmədiyini göstərib. Bundan sonra da belə olacaq. Biz bəyan etmişik ki, heç kim Müsavatla AXCP-nin arasında körpülərin tamamilə yandığını və bərpasının heç zaman mümkün olmadığını hesab eləməsin. Bu mövqeyimizdə qalırıq”.

Divan üzvünün sözlərinə görə, AXCP-də hansısa funksionerlər əks düşüncədədirlərsə, bu o demək deyil ki, bütün AXCP üzvləri həmin funksionerlərin fikrini bölüşürlər: “Demokratiya uğrunda mücadilədə ömürlərini xərcləmiş və xərcləməkdə dava edən cəbhəçilərin mövqeləri əminəm ki, fərqlidir, gərginlik yox, zamanı yetişəndə əməkdaşlığın tərəfdarıdırlar”. 

İ.İsrafil vurğuladı ki, Müsavatın bir müddət əvvəl ikitərəfli əməkdaşlıq üçün müraciət eləyib müsbət cavab almadığı partiyalara müraciəti bu gün də qüvvədə qalır. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar