Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXCP funksionerinin oğlu narkotik maddəsi ilə ittiham olunur



Gənc fəalın atasının siyasi fəaliyyətinə görə həbs edildiyi deyilir


AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli həbs edilib. 

Noyabrın 17-də saat 19:00 radələrində saxlanılan gənc fəalın atasının siyasi fəaliyyətinə görə həbs edildiyi deyilir. Sənan Daşdəmirli yaşadığı evin qarşısında həbs edilib.

Artıq gənc fəal barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, narkotik maddəsi ilə ittiham edilir. Sənan Daşdəmirli DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. 
Qeyd edək ki, Sənan Daşdəmirli atasından fərqli olaraq siyasi fəaliyyətlə heç vaxt məşğul olmayıb
Rafiq Daşdəmirlinin fikrincə, ondan qisas almaq üçün oğlunu həbs ediblər: “Oğlum siyasətdən kənar adamdır. Bu həbsin narkotiklə hər hansı bir bağlılığı yoxdur. Uzun müddətdir Sənan namaz qılır. Oğlumun həbsi siyasi fəallığıma görə mənə və ailəmə qarşı təzyiqdir. Bununla məni mübarizəmdən çəkindirmək istəyirlər. Bundan əvvəl də xəbərdarlıq xarakterli təxribatlarla üzləşmişdim. Oğlumun həbsindən bir az əvvəl facebook profilimi ələ keçirib, adımdan dostlarıma yalan məlumatlar göndərilmişdi. Bundan başqa da xəbərdarlıq kimi qiymətləndirə biləcəyim müəyyən təxribatlarla üzləşmişdim. Yəqin bütün bu təxribatlardan sonra da fəaliyyətimdən geri çəkilmədiyimi görüb, oğlumu həbs etməklə məni cəzalandırmağa qərar veriblər”.

AXCP funksioneri Azərbaycan hakimiyyətini ədalətsizliklərdən əl çəkməyə və oğlunu azad etməyə çağırıb: “Mən oğluma inanıram. O, nəinki narkotik, heç ən yumşaq pis əməllə də məşğul ola bilməz. Ataya görə oğulu incitmək heç bir mənəvi-əxlaqi ölçüyə sığmır. Hakimiyyət orqanlarını belə günahlardan çəkinməyə çağırıram. Belə təzyiq vasitələri ilə heç nəyə nail olmaq mümkün deyil. Bu cür addımlar yalnız cəmiyyətdə qarşıdurmanı gücləndirə bilər ki, bunun da ağır nəticələri hamıya, o cümlədən hakimiyyətdə olanların özlərinə dəyəcək”.

AXCP sədri Əli Kərimli də Sənan Daşdəmirlinin həbsinə "facebook"da yazdığı statusla münasibət bildirərək pisləyib.  

Sənan Daşdəmirlinin vəkili hələ məlum deyil. Bu günlərdə onun hüquqlarını müdafiə edəcək şəxsin kimliyinə aydınlıq gələcək. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar