Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXCP rayon şöbəsi sədrinin müavini: “Partiya rəhbərliyini tənqid etdiyim üçün...”


“AXCP-də mənə münasibət çoxdandır, dəyişib. Məni partiya rəhbərliyini tənqid etməkdə ittiham edirlər. Bu onların xoşuna gəlmir"


Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsi sədrinin müavini Dəyanət Babayev deyib.
 
O, partiya rəhbərliyini tənqid etdiyi üçün “facebook” səhifəsinin dağıdıldığını iddia edir: “Bundan əvvəlki Məclisdə də mənim partiyadan çıxarılmağımla bağlı məsələ qoyulacaqdı. Lakin Ağaşirin Tanrıverdioğunun məsələsi qoyuldu və onu partiyadan çıxardılar. Həmin vaxt mən buna etiraz edəndə Məclis üzvü Babək Həsənli məni hədələdi. Mən də bu barədə “facebook” səhifəmdə yazandan sonra profilim dağıdıldı və deaktiv edildi. Hesab edirəm ki, səhifəm AXCP tərəfindən dağıdılıb. Dünən mən bu məsələnin araşdırılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişəm. Mənə qarşı partiya tərəfindən aqressiyanın yaranma səbəbini özüm də anlamıram. Mənə deyirlər ki, partiya rəhbərlinin siyasətini tənqid etdiyim üçün bu münasibət formalaşıb”.
 
D. Babayev partiyadan istefa verəcəyini də istisna etməyib: “Mənə qarşı bu münasibətdə AXCP rəhbərliyinin rolu var. Mənə deyirlər ki, dövlət saytlarına açıqlama vermə, versəm, partiyadan qovulacağam. Mən qəti qərar vermişəm ki, profilimi dağıdanların AXCP funksionerləri olduğu sübuta yetirilərsə, həmin gün partiyadan istefa verəcəyəm”.
 
AXCP-nin Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli isə açıqlamasında D. Babayevin ittihamlarının araşdırılacağını və müvafiq qərar veriləcəyini bildirib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar