Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXCP üzvü həbs olunub


AXCP Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli 20 sutka inzibati həbs cəzasına məhkum edilib


Bu barədə AXCP-nin yerli təşkilatı məlumat yayıb.

AXCP bildirir ki, Bakı-Qazax yolunun Göyçaydan keçən hissəsində yolun kənarı ilə gedirmiş: «Onu izləyən Göyçay Post Patrul Xidmətinin (PPX) əməkdaşları Mirzəlini saxlayıblar ki, nə üçün yol ilə gedir. Mirzəli cavab verib ki, səki olmadığından yolun kənarı ilə getməyə məcburdur. Bundan sonra PPX əməkdaşları onu rayon polis şöbəsinə aparıblar. Şöbədə onun guya ictimai yerdə söyüş söydüyü və polisə müqavimət göstərdiyi rəsmiləşdirilib. Daha sonra onu rayon məhkəməsinə aparıblar».

Məhəmməd Mirzəlinin ailəsi həbsini onun ictimai-siyasi fəallığı ilə bağlayırlar. Göyçay polis idarəsindən AzadlıqRadiosuna bildiriblər ki, Məhəmməd Mirzəli polisin qanuni tələblərinə tabe olmamaqda suçlu bilinib və məhkəmə onu 20 sutka azadlıqdan məhrum edib.

Ailəsindən isə xəbər veriblər ki, Məhəmməd Mirzəlini 2-3 gün imiş tanımadığı adamlar izləyirmiş. Ailəsi güman edir ki, həbsi Məhəmmədin ictimai-siyasi fəallığı ilə bağlıdır. Fəallıq etməməsi üçün ona xəbərdarlıq da olunubmuş


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar