“Çingiz Abdullayevin “Neftçi” futbol klubuna gətirilməsi məsələsi həqiqətə uyğundur”
Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyib.
Onun sözlərinə görə, Xalq yazıçısı Çingiz Abdullayevin “Neftçi”nin rəhbərliyinə gətirilməsi məsələsi çoxdan müzakirə olunur: “Amma qərarını gözləmək lazımdır. Rəsmi qərar açıqlanandan sonra qəti fikir deyiləcək.
Bu gün ölkə mediasında bu haqda xəbəri hər kəs öz bildiyi kimi yazıb. Sabah saat 17.00-da seçkilər keçiriləcək. Namizədlərdən biri də Çingiz Abdullayevdir. Təbii ki, səs versələr, Çingiz Abdullayev “Neftçi” klubunun rəhbəri olacaq”.
pia.az