Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL-da bəzi pilotların uçuşuna qadağa qoyulub



Məhərrəm Səfərli: "Bu məsələdə xahiş, "day-daylıq" keçmir"


Azərbaycanda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyi və pilotların sağlamlığı məsələləri daim xüsusi diqqət mərkəzindədir.

Bu barədə "Trend"-in sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyi həmişə diqqət mərkəzindədir. Bu sahəyə ümumi nəzarət və rəhbərliyi Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) edir.

Təyyarələri idarə edən pilotların seçilməsində isə beynəlxalq standartlar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən tələbləri var: “Azərbaycanda pilotlar hələ Milli Aviasiya Akademiyasına (MAA) qəbul olunanda öz qabiliyyətlərinə, sağlamlığına və bir sıra digər məsələlərə görə seçilirlər. Ona görə də Avropada, Alp dağlarında baş verən son aviaqəza bizim üçün meyar ola bilməz. Əgər abituriyentlər bu meyarlara, şərtlərə cavab vermirlərsə, o zaman onlar müvafiq fakültələrə qəbul olunmurlar. Daha sonra isə pilotların psixoloji durumunda və sağlamlığında ümumən baş verə biləcək dəyişiklikləri nəzarətdə saxlamaq üçün onlar mütəmadi olaraq tibbi müayinədən keçirilirlər. Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya poliklinikasında xüsusi komissiya var. Həkim-uçuş ekspert komissiyası pilotları xüsusi diqqət mərkəzində saxlayır. Pilotlar hər uçuşdan qabaq mütləq komissiyada müayindən keçirlər”.

AZAL sözçüsünün bildirdiyinə görə, hətta elə hallar olub ki, həmin komissiya bəzi pilotların uçuşa çıxmalarına qadağalar qoyub: “Bəzi pilotların uçuşuna qadağa qoyulub və onlar kənarlaşdırılıb. Məsələn, elə hal olub ki, adam israrla 25 min saatlıq uçuş təcrübəsinin olduğunu və yenə də uçmaq istədiyini bildirib. Lakin onun sağlamlığında kiçik də olsa qüsur olduğundan dərhal uçuşdan kənarlaşdırılıb. Bu məsələdə xahiş, “day-daylıq” və s. məsələlər keçmir. Bizdə bu məsələdə "dəmir" intizam var. Bunlar birbaşa "Azərbaycan Hava Yolları"nın prezidentinin xüsusi diqqət mərkəzindədir.

Eyni zamanda, pilotların sağlamlığının qorunması üçün onlara xüsusi qayğı göstərilir. Qeyd edim ki, ICAO və Avropa Mülki Aviasiya Konfransının (ECAC) audit komissiyaları bizim pilotlarla bağlı işimizdən həmişə çox razı qalıb, müsbət qiymətləndiriblər. Hələ bu vaxta kimi mənfi qiymətləndirmə olmayıb”.

M.Səfərli əlavə edib ki, MAA-nın “Uçuş mühəndisliyi (Pilot)” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi (Dispetçer)” ixtisaslarına Heydər Əliyev Beynəlxalq Aeroportu Aviasiya poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinə keçmiş, Azərbaycan vətəndaşlığı olan 23 yaşına qədər abituriyentlər qəbul edilirlər.

Bundan başqa, həmin abituriyentlər MAA-da “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçirlər: “Daha sonra da kursant olarkən onların psixofizioloji və fiziki durumları daim nəzarətdə saxlanılır. Beynəlxalq tələblərə uyğun olaraq bu sahədə yeni qaydalar hazırlanır. Növbəti tədris ilində Akademiyada həmin qaydalar tətbiq olunmağa başlanacaq”.

Qeyd edək ki, “Lufthansa”nın törəmə şirkəti olan “Germanwings” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb və nəticədə 150 nəfər ölüb. Qəzaya təyyarının ikinci pilotu Andreas Lubitzin səbəb olduğu bildirilir. Aparılan araşdırmalar nəticəsində A.Lubitzin martın 10-da Düsseldorf xəstəxanasında psixoloji müalicə aldığı, ancaq bu barədə aviaşirkətə məlumat vermədiyi ortaya çıxıb.

Digər tərəfdən, A.Lubitzin sevgilisi olduğu bildirilən və Maria ləqəbi ilə qəzetlərə müsahibə verən qadın ikinci pilotun ona “bir gün elə bir şey edəcəyəm ki, bütün sistem dəyişəcək. O zaman hər kəs mənim adımı öyrənəcək və məni xatırlayacaq” dediyini açıqlayıb.

Digər məlumatlara görə, pilot görmə qabiliyyətinin zəif olması ilə bağlı həkim yanında olub və bunu aviaşirkətdən gizlədib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar