Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL prezidenti Arif Paşayevin qəbulundan qovulub?


Cahangir Əsgərovu yoxlayırlar.

Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin iclasında ölkədə aviabiletlərin qiymətlərinin cox yüksək olması və bunun turizmin inkişafında əsas maneələrdən birinə çevrilməsini bəyan etməsi uzun müddət “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətini (AZAL) ictimaiyyətin və KİV-lərin müzakirə mövzusuna çevirdi.

AZAL-ın həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olması ətrafında başlayan müzakirələrə deputatların, hakimiyyətyönümlü və rəsmi medianın da qoşulması, hətta şirkətin prezidenti Cahangir Əsgərovun istefaya göndəriləcəyinə dair rəyin yaranmasına səbəb oldu. 

Əsgərovun böyük korrupsiyaya yol verdiyinə və AZAL rəhbərliyinə qeyri-azərbaycanlıları yığdığına dair məlumatların dövriyyəyə buraxılması da belə düşünməyə əsas verirdi.

Ancaq bütün tənqidlərə rəğmən, nə Cahangir Əsgərov tərəfindən qiymətlərin aşağı salınması istiqamətində ciddi bir addım atıldı, nə də AZAL rəhbərliyində dəyişiklik oldu. Hətta bir müddət sonra AZAL-la bağlı qaldırılan problemlər yaddan çıxdı. Hazırda nə aviabiletlərin qiymətlərinin cox yüksək olmasından danışan var, nə də Cahangir Əsgərovun AZAL rəhbərliyinə qeyri-azərbaycanlıları yığaraq, korrupsiya ilə məşğul olmasından…

AZAL-la bağlı ictimai müzakirələr dayansa da, Cahangir Əsgərovun başının üzərindəki “qara buludların” dağıldığını söyləmək hələ tezdir. Belə ki, “AzPolitika.info”-ya daxil olan məlumata görə, bu yaxınlarda AZAL-da genişmiqyaslı yoxlamalara start verilib. Müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət xüsusi komissiyanın AZAL-ın bütün fəaliyyətini təftiş etdiyi bildirilir. Yoxlamanın AZAL-ın son illərdəki bütün istiqamətlər üzrə fəaliyyətini əhatə etdiyi də bizə verilən məlumatlar sırasındadır.

Belə geniş miqyaslı yoxlama ilə ilk dəfə qarşılaşan Cahangir Əsgərovun ciddi narahat olduğu bildirilir. Məhz bu səbəbdəndir ki, əvvəllər gün ərzində maksimum 2-3 saat işdə olan Cahangir Əsgərov, indi səhər tezdən iş günün sonunadək kabinetindən çıxmır. Məlumata görə, xüsusi komissiyanın yoxlamanın gedişi barədə Əsgərova hər hansı məlumat verməməsi də onun narahatlığını artırıb.

Cahangir Əsgərovun təşvişə düşməsinin bir səbəbi də onun şəxsi biznesinin də nəzarətə götürülməsidir. Cahangir Əsgərovun xanımının rəhbərlik etdiyi “Qazelli” parfümeriya şirkətinin artıq onlardan alındığı barədə AZAL-da söhbətlər gəzir.

Mötəbər mənbənin “AzPolitika”ya verdiyi bir başqa məlumata görə, Cahangir Əsgərov kömək istəmək məqsədilə bu yaxınlarda akademik Arif Paşayevlə görüşməyə cəhd edib, lakin onu akademikin qəbul otağından qovublar.

Bütün bunlar – AZAL prezidentinin fəaliyyətinin geniş şəkildə yoxlanılması və ailə şirkətinə əl qoyulması onunla bağlı heç də yaxşı perspektivdən xəbər vermir. Hər halda uzun illərdir vəzifədə olan Əsgərovun ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığı bildirilir. Nəticəsi necə olacaq, zamanla biləcəyik. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar