Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasov “Milyarderlər ittifaqı”nı rəsmən buraxdı


“Ona görə yox ki, qorxuruq...”


2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan, mətbuatda “Milyarderlər ittifaqı” adını alan və indiyədək barəsində müzakirələr səngiməyən Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçiləri bu gün təşkilatın rəsmən buraxılmasına dair qərar qəbul ediblər.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə ittifaqın sədri Abbas Abbasov “Azerros” portalına müsahibəsində bildirib.

“Bəli, belədir. Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyəti başlamağa imkan tapmadan dayandırıldı. Bunun səbəbi, o cümlədən bizim bu gün təşkilatı buraxmaq barədə qəbul etdiyimiz qərar bir sıra arqumentlər və mülahizələrlə şərtləndirilir”-Abbas Abbasov deyib.

Hazırda “Azərros” Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin parçalanmadan sonrakı qanadlarından birinə rəhbərlik edən Abbas Abbasov “Milyarderlər ittifaqı”nın 2013-cü ildə Rusiyada azərbaycanlı diaspor təşkilatları arasında “mərkəzdənqaçma proseslərini dayandırmaq üçün” təsis edildiyini bildirib. Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresinin və “Azərros”un əvvəlki rəhbərliyi arasında qəbuledilməz şəkildə çəkişmə gedirdi, diaspor parçalanmışdı.

“Kədərlə deyirəm ki, Ümumrusiya Azərbaycan Konqresinin 2011-ci ilin noyabrında keçirilən qurultayında təşkilatın nizamnaməsi dəyişdirilib, ancaq hələ də Rusiyanın ədliyyə orqanları onu qeydə almayıb. Bakıdan məsul əməkdaşın təyin edildiyi qəribə “baş katib” vəzifəsi meydana çıxıb. Hazırda bu vəzifə ləğv edilib, ora təyin edilən adam Bakıya geri qayıdıb, ancaq tör-töküntüləri qalıb”- deyə Abbas Abbasov qeyd edib.

O, ad çəkmədən “Azərros”un keçmiş rəhbəri Söyün Sadıqovu tənqid edib. Onun digər diaspor təşkilatları və doğma vətəni ilə normal münasibətlər qura bilmədiyini, üstəlik Azərbaycan rəhbərliyinin ünvanına “ağzına gələni danışdığını” deyib.

Baş nazirin keçmiş birinci müavininin dediyinə görə, onlar “diasporun parçalanmasının qarşısını almaq üçün” bu təşkilatı yaradanda proqram sənədlərində Azərbaycanda prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən islahatları dəstəkləmək, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin inkişafına xidmət etmək vəzifələrini qoymuşdular.

“Ancaq bizim ünvanımıza hansı ittihamlar səslənmədi? Belə razılaşdılar ki, bizi Azərbaycanda çevriliş törətmək üçün az qala Kreml toplayıb”- o deyib.

Abbas Abbasovun fikrincə, bu hücumlar həm onların özünə, həm də bütövlükdə Rusiya ilə münasibətlərə ziyan vururdu: “Ona görə də biz özümüz təşkilatın fəaliyyətini dayandırdıq. Ona görə yox ki, qorxduq, ona görə ki, vəziyyəti gərginləşdirmək istəmədik. İstəmədik ki, kimsə seçkilər ərəfəsində “bizim kartımızı” oynasın. Axı Azərbaycan mətbuatında bu antirusiya vakxanaliyası kimə lazım idi? Kimsə iki liderin, iki dövlət başçısının arasını pozmaq istəyirdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar