Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasovla Ziya Məmmədovu birləşdirən biznes


Sabiq vitse-premyerlə hazırkı nazirin ortaq “Mərcan” toyuq biznesi var


Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla nəqliyyat naziri Ziya Məmmədovun dostluq münasibətləri hər kəsə bəllidir. 

Onları birləşdirən, dostluqlarına yol açan eyni komandada təmsilçilikləri ilə yanaşı, həm də biznes maraqlarıdır. Azərbaycanda çalışan və çalışmış məmurların satıla bilən bütün heyvan növlərinə sevgiləri də bineyi-qədimdən məlumdur. 

Bizim məmur kontingentinin demək olar tamamının heyvandarlıq təsərrüfatı var. Respublikanın dağlıq rayonlarının yaylaqları nazirlərin, komitə sədrlərinin qoyun sürülərinin ixtiyarındadır. 

Bugünlərdə Bakı mağazalarından birində “Mərcan” adlı toyuğu satıcının bəh-bəhlə tərifləməsi yeni məhsul növü, onun istehsalçısı haqda məlumat toplamağıma səbəb oldu.  Toyuğu “Ay pipiyi qan xoruz, gözləri mərcan xoruz” - deyib istehsal edən nəqliyyat nazirinin ailə şirkətidir - “Garant Holdinq”. Bu istiqamətdə internetdə axtarış aparıb mövzu haqda bir qədər də məlumat toplamağa qərar verdik. Nə qədər qəribə olsa da, ilk nəticələr sırasında yer alan “Hərəkat dövründə Abbas Abbasovun ləqəbi nə olub?”  sərlövhəli yazı diqqətimizi cəlb etdi. Yazıda sabiq müdafiə naziri Rəhim Qazıyev ötən əsrin 90-cı illərinin əvvəllərində Abbas Abbasovla görüşündən danışır. 

Həmin yazıdan sitat: “Görüşdük. Dedi ki, adım Abbasdır (Abbas Abbasovu nəzərdə tutur -E.H). Sadıq Murtuzayevi (Abşeron rayonunun o dövrdəki 1-ci katibi) xeyli təriflədi. Bəlli oldu ki, yenicə Özbəkistandan qayıdıb. Sadıq Murtuzayev onu Xırdalanda yerləşən quşçuluq fabrikinə direktor təyin edib. O, mənə 50 min rubl pul verdi və bildirdi ki, yenə yardım edəcəm. Mən Əbülfəz Elçibəylə görüşdüm və dedim ki, Sadıq Murtuzayev adam göndərib, həmin şəxs də hərəkata 50 min rubl yardım edib. Pulları da qoydum Bəyin qabağına. Bəy dedi ki, pullar səndə qalsın. 

Cəbhə bölgəsinə, həmçinin hərəkata sərf elə. Mən Bəyə dedim ki, Sadıq Murtuzayevin göndərdiyi bu adam quşçuluq fabrikində işləyir. Onun hərəkata yardım etməsi gərək bilinməsin. Hətta ona kod adı da seçdik: ”Quş".

A.Abbasovun quşçuluqla məşğul olmasını Müsavat Partiyasının Sabunçu təşkilatının sədri Rafiq İsmayıl da bugünlərdə “Yeni Müsavat”a müsahibə verərkən demişdi. Bildirmişdi ki, A.Abbasov Azərbaycanda vəzifə tutana qədər sovetlər dönəmində Özbəkistanda Quşçuluq Komitəsinin sədri vəzifəsində çalışıb. Onun dostu, nəqliyyat naziri Ziya Məmmədovun Ucarda quşçuluq ferması inşa etdirməsində A.Abbasovun rolunun nə dərəcədə olduğu bilinmir. Amma belə görünür ki, sabiq baş nazir müavini ilə indiki naziri birləşdirən dəyərlərdən biri də toyuq-cücə sevgisidir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar