Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasovun emisarı Bakıda gizli görüş keçirib?


Bakıya gələn Namus Nağıyev burada politoloq Adıgözəl Məmmədov, jurnalist Oksana Bulanova və bəstəkar Tamilla Şıxməmmədovayla bir araya gəlib.


Milyarderlər İttifaqının və “Azerros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun emissarı bu günlərdə Azərbaycanda olub.
 
Bu barədə Axar.az-a “Azerros”dakı mənbələrdən bildiriblər. Bu şəxs Moskva vilayəti Dolqoprudnıy şəhərində yaşayan iş adamı Namus Nağıyevdir.
 
Məlumata görə, Namus Nağıyev bir qədər öncə Azərbaycan hakimiyyətinə yaxın və Rusiyada ən böyük diaspor qurumu olan Ümumrusiya Azərbaycan Konqresinə qəbul edilib.
 
Onu şəxsən Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində konqresin icraçı direktoru İlqar Hacıyev qəbul edib. Nağıyevlə görüşdə ÜAK-ın məqsəd və məramlarından danışıb. Konqresin gördüyü və görəcəyi işlərə diqqət çəkib.
 
 
Dolqoprudnıyda ÜAK-ın yeni bölməsinin rəhbəri olan Namus Nağıyev də fəaliyyət göstərdiyi şəhərdə belə bir təşkilatın yaranmasının vacibliyini qeyd edib. ÜAK sayəsində azərbaycanlılara daha yaxşı xidmət olunaçağını bildirib.
 
Şəhərdə yaşayan azərbaycanlılar haqqında konqresin içracı direktoru İlqar Hacıyevə məlumat verildikdən sonra Namus Nağıyevə ÜAK-ın vəsifəsi və döş nişanı verilib.
 
Amma bundan sonra Nağıyev ÜAK-dan aralanıb. Deyilənə görə, öz biznesi üçün “krışa” axtaran Namus Nağıyev onu ÜAK-da tapmayıb və Abbas Abbasovun “Azerros”una üz tutub. Burada isə onu yaxşı qarşılayıblar. Hətta o dərəcədə ki, baş nazirin sabiq 1-ci müavininin sağ əlinə çevrilib.
 
Məlumata görə, Nağıyev Azərbaycandan əvvəl Dərbənddə olub. Orada iş adamı Hüseyn Hüseynovla görüşüb. “Azerros”un Dağıstan təşkilatına yaxın vaxtlarda böyük sərmayə ayrılacağını bildirib.
Daha sonra isə Bakıya gələn Nağıyev burada bir neçə görüş keçirib. Maraqlıdır ki, görüşləriin biri Salyanda “Bala Kür” restorarnında olub. Restoranın sahibi, salyanlı iş adamı İlqar Məcidov və daha bir neçə nəfərlə danışıqlar aparılıb. Bu söhbətlərin məzmunu barədə məlumat yoxdu.
 
Daha sonra Bakıya gələn Namus Nağıyev burada politoloq Adıgözəl Məmmədov, jurnalist Oksana Bulanova və bəstəkar Tamilla Şıxməmmədovayla bir araya gəlib.
 
Görüş sonuncunun evində baş tutub.
 
Nağıyevin qəfil səfərinin məqsədi bəlli deyil.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar