Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasovun ermənilərlə qohum olması haqda sənəd üzə çıxdı


Redaksiyamıza Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla bağlı və onun oğlu, deputat Aydın Abbasovun bu günlərdə mətbuata açıqladığı fikirlərin təkzibi ilə əlaqədar ilginc faktlar ötürülüb


PİA.AZ olaraq həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

"Millət vəkili mətbuata açıqlamasında bildirmişdir ki, bu məlumatlardan xəbərsizdir və onlar həqiqətə uyğun deyil. Ancaq, fakt faktlığında qalır. Abbas Abbasovun qaynanasının fərdi uçot kartoçkasında hər şey açıq aşkar yazılıb. Həmçinin onun rus əsilli silahlı mühavizəçilərindən birinin kimliyini öyrənmək mümkün olub.

Mətbuatda gedən məlumata əsasən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos"un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq müavini Abbas Abbasovun 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni qaynanası Göharik Voskanovna vəfat edib. Onun adı sonradan Gövhər olaraq dəyişdirilib. O, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub.

Ermənistanla sıx biznes əlaqələri olan A.Abbasovun Rusiyada da ermənilərlə şərikli biznes obyektləri var. Etibarlı mənbə tərəfindən verilən məlumata əsasən A.Abbasovun erməni qaynanası Göharik kürəkəni tərəfindən (Baş Nazirin birinci müavini olduqdan sonra) məcburən İmamzadədə "islam dinini" qəbul edib. Onun qaynanası vəfat etmədən öncə, erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib.

Abbas Abbasovun həyat yoldaşı Bella Abbasova Nobilovna (Nobil qızı) Xarici Dillər Universitetində çalışır. Amma, o, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib.

Dəfn mərasimində şəxsən iştirak edən etibarlı mənbənin verdiyini məlumata əsasən islam qaydalarına uğun olaraq 2 böyük çadır qurulsa da yasda iştirak edənlər çox az olub. Buna səbəb isə vəfat edənin erməni olmasıdır. Millət vəkili Aydın Abbasov isə nənəsinin hüzr yerinə tək qatılmayıb. Onu çeçen əsilli 4 mühafizəçi (silahlı) müşayiət edib. Mühavizəçilərindən biri Rusya vətəndaşı Abiev Rüstəm Raqimoviç olub.

Aydın Abbasov bütün bu faktların yalan olduğunu söyləsə də etibarlı mənbənin təqdim etdiyi sənədlər həqiqəti üzə çıxartdı".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Abbas Abbasovun ermənilərlə qohum olduğunu sübut edən dəlil

Abbas Abbasovun ermənilərlə qohum olduğunu sübut edən dəlil


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar