Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbasovun Bakıya təzyiq cəhdi - Foto


Dağıstan Respublikasının Dərbənd rayonunun bələdiyə rəhbəri, əslən azərbaycanlı olan Qurban Qurbanovun vəzifəsi təhlükə altındadır. Bu təhlükənin əsl mənbəyi isə Dağıstan Respublikasının Prezidenti Ramazan Abulatipovdur.
 
Bu barədə Axar.az-a məlumat verən mənbənin sözlərinə görə, bu yaxınlarda prezident Ramazan Abdulatipov canlı yayımda etdiyi çıxışında Dərbənd meri Qurban Qurbanovu istefaya göndərəcəyini demişdi. Məlumat üçün bildirək ki, Dağıstan azərbaycanlı icmasının rəhbəri Q.Qurbanov respublikada ən yüksək vəzifədə olan yeganə azərbaycanlıdır. Amma Dərbənd bələdiyəsinin sədri vəzifəsi seçkili olduğundan, prezident həmin posta kimisə təyin edə bilməz. Bu, həm də ölkə Konstitusiyasına ziddir.
 
Məlumatda qeyd olunur ki, Qurban Qurbanovun vurulmasının arxasında Azərbaycan Baş nazirinin keçmiş müavini, Milyarderlər İttifaqının sədri Abbas Abbasov durur. Onun Milyarderlər İttifaqının digər üzvü Dağıstan Prezidenti Ramazan Abdulatipovla olduqca yaxın münasibətləri var. Qurbanovun Dərbəndin meri vəzifəsindən uzaqlaşdırılmasının əsl səbəbkarı da məhz Abbas Abbasovdur. Çünki Abbasov azərbaycanlı meri postundan uzaqlaşdırmaqla bir neçə məqsəd güdür.
 
Birincisi, Qurban Qurbanov kimi ciddi və regionda söz sahibi olan bir fiquru dəyişdirməklə Abbasov həmin posta özünün yaxını və ona tabe olan Mamed Şahbazovu qoymaq istəyir. Mamed Şahbazov əvvəllər Dərbəndin polis şöbəsinin rəisi vəzifəsində çalışıb və işində yol verdiyi ciddi nöqsanlara görə qovulub. İddia olunur ki, Şahbazov bu vəzifəyə təyin olunmazdan əvvəl Dərbənd merinin səlahiyyətlərinin icrası Tabasarandan olan Azari Rəhimova tapşırılacaq. Şahbazov hətta məsələ ilə bağlı Moskvaya gedərək Abbas Abbasovla da bir neçə dəfə görüşüb.
 
Həmçinin, Abbasov bir neçə dəfə Dağıstana səfər edərək, məsələni Abdulatipovla müzakirə də edib.
 
İkincisi, Dərbəndə öz adamını rəhbər təyin etdikdən və Dağıstan azərbaycanlılarının rəhbərini neytrallaşdırdıqdan sonra Abbas Abbasov Dərbənd və Azərbaycanın şimalında yaşayan Dağıstan xalqları vasitəsilə rəsmi Bakıya təzyiq edəcək. Artıq bunun üçün müəyyən addımlar atılıb. Bu yaxında Dağıstanın ləzgilər yaşayan kəndlərinin sakinləri Rusiya Baş naziri Dmitri Medvedyevə məktub yazaraq, Azərbaycanın Samur çayının suyundan həddən artıq istifadəsinin qarşısını almasını istəyiblər. Qeyd edək ki, əldə olunan razılaşmaya görə, iki ölkə arasında sərhəd olan Samur çayının suyundan Azərbaycan tərəfi istifadə edir. Hələ Dmitri Medvedyevin 2010-cu ilin sentyabrın 3-də Azərbaycana səfəri zamanı Samur çayının suyundan istifadə edilməsi və qorunması ilə bağlı müqavilə imzalanmışdı. İki ölkə arasında əldə olunan razılaşmaya baxmayaraq, ləzgi kəndlərinin sakinlərinin Moskvaya Azərbaycandan şikayət məktubu göndərməsinin arxasında Abbasovun nəyə görə dayandığının bir daha şahidi oluruq.
 
Bundan başqa, Dağıstan ləzgiləri və avarlarının Azərbaycanın şimal rayonlarında öz ana dillərində təhsil ala bilməmələri ilə bağlı etiraz səsləri eşidilməyə başlanıb. Rusiyanın Azərbaycana olan qapısı sayılan Dərbənddə öz mövqeyini bərkitməklə, Abbasov Azərbaycanın şimal rayonlarında da nüfuza sahib olaraq bundan rəsmi Bakıya qarşı yararlanmaq istəyir.
 
Abbasovun həyata keçirmək istədiyi məqsədlərdən biri də Dərbəndə yönələcək Azərbaycan sərmayəsinə nəzarət etməkdir. Hələ mart ayında Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan hökumətinin Dərbənddə müasir Olimpiya Kompleksinin tikintisini həyata keçirəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Hətta kompleksin tikilməsi ilə bağlı hazırlıq işlərinə start verildiyi və bunun üçün ərazi ayrıldığı da bildirilmişdi. Dərbənd meri Qurban Qurbanov kompleksin dostluq parkından, mehmanxanadan, attraksiondan, 7 minlik futbol stadionundan, qapalı üzgüçülük kompleksindən, idman oyunları zalından, tennis kortundan, ticarət mərkəzi və məktəbdən ibarət olacağını demişdi. Həmçinin, Azərbaycan nümayəndələri Dağıstan ərazisində Konserv zavodu, Loqistika mərkəzi, Keramik plitə zavodu, Sement zavodu və s. tikməyi planlaşdırır. Sonuncu layihələri özəl şirkətlər həyata keçirəcək, Olimpiya Kompleksini isə Azərbaycan hökumətinin maliyyələşdirəcəyi gözlənilir ("virtualaz.org").
 
Dördüncüsü, məlumata görə, 2016-cı ildən Dərbəndin iri müəssisələrinin özəlləşdirilməsinə başlanılacaq. Abbas Abbasov da bu özəlləşmədən özünə böyük pay almaq niyyətindədir. Hətta onun Dağıstan Prezidenti Ramazan Abdulatipovla razılaşdığı da bildirilir.
 
Qeyd edək ki, uzun illərdir Dağıstan azərbaycanlılarının lidei olan və onların maraqlarını qoruyan Qurban Qurbanova qarşı olan hücumlar bu ilin əvvəlindən başlayıb. Sadvalçı Arif Kərimov martın 29-da Moskvada Abdulatipovla görüşü zamanı Dağıstanın Azərbaycandakı rəsmi nümayəndəsi Maqomed Qurbanovdan (Qurban Qurbanovun qardaşı - red) azərbaycanyönlü mövqeyinə görə şikayət etmişdi. Abdulatipov da ləzgilərin tələbi ilə onu vəzifəsindən azad etmişdi.
 
 
 
Xatırladaq ki, Qurban Qurbanov Dağıstan azərbaycanlıları arasında böyük hörmətə malikdir. Onun atasının və özünün yerli azərbaycanlıların hüquqlarını qoruması onlara böyük sevgi qazandırıb. Məhz buna görə də Abdulatipov Dərbənd rəhbərliyini işdən azad edəcəyini deyəndə Dağıstan azərbaycanlıları Dərbənddə böyük etiraz aksiyası keçirdilər.
 
Qurbanovun özünün Mahaçkalaya müxalif olmadığını, özünü Abdulatipovun komandasının üzvü hesab etdiyini bildirir.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar