Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abdulla Abdullayevin rəsmi saytı açıldı



Hazırda həbsdə olan nüfuzlu iş adamı Abdulla Abdullayevin saytı fəaliyyətə başladı


Sayt abdullaabdullayev.orq domeni ilə iki dildə – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. Məqsəd informasiya blokadasını yararaq, nüfuzlu iş adamının həbs olunmasının real səbəblərini və məhkəmə proseslərini olduğu kimi işıqlandırmaqdır.

İnternet səhifəsində Abdulla Abdullayevin iş fəaliyyəti, həyata keçirdiyi dövlət əhəmiyyətli layihələrin iflasa uğradılmasının səbəbləri əks olunur.

Sayt GÜNDƏM, MƏHKƏMƏ, MÜRACİƏTLƏR, VƏSATƏTLƏR, ARXİV, FOTOQALEREYA, VİDEOQALEREYA və ENGLISH versiyalı kateqoriyalarla yayımlanır.

MƏHKƏMƏ kateqoriyasında hər həftə keçirilən məhkəmə prosesinin gedişi öz əksini tapacaq. VƏSATƏTLƏR bölümündə Abdulla Abdullayevin və onun vəkillərinin məhkəmə prosesi zamanı qaldırdığı və hakimlər tərəfindən birmənalı olaraq rədd edilən vəsatətlərinin tam mətni dərc olunacaq.

İctimaiyyət  iş adamının indiyədək mətbuatda yayımlanmayan rəsmi və özəl fotoları ilə FOTOQALEREYA bölümündə tanış ola biləcək.

VİDEOQALEREYA bölümündə Abdulla Abdullayevin iş fəaliyyəti və məhkəmə proseslərilə bağlı videoreportajlar  yayımlanacaq.

ARXİV bölümündə həbsinə qədər və ondan sonra Abdulla Abdullayevin haqqında mətbuatda dərc olunan materiallar yerləşdiriləcək.

 Saytla əlaqə yaratmaq istəyənlər  [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.

 Abdulla Abdullayev kimdir?

Abdulla Abdullayev Sovet İttifaqı dağılandan sonra özəlləşdirmə nəticəsində böyük iş adamına çevrilib. Sonralar o, təsis etdiyi A.M.A.Y. Ticarət Mərkəzi nin sahibi olaraq “AMAY Abdulla” ləqəbi ilə məşhurlaşıb. Abdulla Abdullayevin Azərbaycanda və ondan xaricdə onlarla müəssisə, zavod və fabriklərinin olduğu məlumdur.

Abdulla Abdullayev həm də 1993-cü ildə Azərbaycanda eks-prezident Heydər Əliyevin hakimiyyətə gəlməsinə dəstək verən və onun hakimiyyətinin möhkəmlənməsində iştirak edən məşhur iş adamlarındandır. Uzun illər Azərbaycanda iri layihələrin həyata keçirilməsində onun xidmətlərindən istifadə olunub. Yerli mətbuat son illərdə dərc etdiyi materiallarda Abdulla Abdullayevin hazırkı hakimiyyət tərəfindən “vurulacağını” yazırdı və bir qədər sonra məşhur iş adamı əsassız olaraq həbs edildi.

Məşhur iş adamı Abdulla Abdullayevin məhkəmə prosesi başlayıb

Cinayət İşinin mahiyyəti

Abdulla Abdullayev 5 aprel 2014-cü ildə həbs olunub. Həbsindən bir qədər əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı rəsmi məlumatda bildirilir: “İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında Abdulla Abdullayev haqqında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.”

Sonradan işə digər maddələr də əlavə olunub. Hazırda Abdulla Abdullayevin AR CM-nin 178.3.1; 178.3.2; 179.3.1; 179.3.2, 193-1.3.2 və 308.2-ci maddələri ilə ittiham edilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Abdulla Abdullayevi həbs etməkdə məqsəd nədir?

 Abdulla Abdullayev məhkəmə prosesi zamanı bir neçə vəsatət qaldırıb. Vəsatətlərdə bildirilir ki, “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasını başa çatdırmaq göstərişini birbaşa ölkənin ali rəhbərliyindən alıb. Banklardan kredit götürülməsini də hakimiyyətin dəstəyilə həyata keçirib. Bundan başqa, özünə məxsus olan bütün varidatını, xaricdəki fabrik və zavodlarını satmaqla AMAY-ın tikintisinə sərf edib.

Qeyd: Prezident İlham Əliyev A.M.A.Y – Xətai İstirahət və Ticarət Mərkəzinin açılışında iştirak edib və Abdulla Abdullayevə orada aparılan işlərdən razı qaldığını bildirib.

 Abdulla Abdullayev hazırda iddia olunan kreditlərin hamısını və hətta bankların qoyduqları “fantastik faiz”-lərin böyük bir qismini ödəməsinə baxmayaraq, yenə də həbsdə saxlanılır. Abdulla Abdullayev istintaq orqanının “mülki işi”, “cinayət işinə” çevirməsini “absurd” hesab edir və həbsini Azərbaycanda iri sahibkarlığa zərbə kimi dəyərləndirir. Onun fikrincə, həbs olunmasında əsas məqsəd AMAY Ticarət Mərkəzini onun əlindən almaq və bütün maddi vəsaitlərindən məhrum etməkdir. Hazırda Abdulla Abdullayevə məxsus bir çox obyektlər hakimiyyətin inhisarına yönləndirilib.

Məşhur iş adamı Azərbaycanda ədalətli qərar gözləmədiyi üçün bütün məhkəmə instansiyalarını keçdikdən sonra, Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar