Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abid Şərifov işçilərə maaş vermir


“Evrascon” ASC-nin işçiləri dörd aydır maaş ala bilmirlər. Onlar əməkhaqlarını ala bilməməklə bərabər, işdən qanunsuz olaraq çıxarılmaqla da hədələnirlər


Şirkətin Qazaxıstanda çalışan işçiləri musavat.com-a bildiriblər ki, aylardır ki, maaş üzünə həsrətdirlər: “Artıq 4 aydır maaş ala bilmirik. Maaşların gecikməsi nəticəsində banklara olan kredit borclarımız gecikir. Nəticədə kredit faizləri çoxalır və biz kredit borclarını verə bilmirik”. 


Həmçinin işçilər bildirirlər ki, “Evrascon” ASC-də işçilərin hüquqları kütləvi şəkildə pozulur: “On iki saat iş rejimi, ezamiyyət və məzuniyyət hüquqları pozulur. İşçilər bayramlarda da işlədilir. Ayda 26-28 iş günümüz var. Dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq, problemlərimiz həll edilmir. Əksinə, bizi işdən qovmaqla hədələyirlər”.

Bildirilir ki, Qazaxıstanda maaş ala bilməyən işçilərin sayı 500 nəfərə yaxındır: “Səbəb kimi pulun olmadığını göstərirlər. Maaşların nə zaman veriləcəyi də məlum deyil, heç bir dəqiq vaxt demirlər”. 

Bu ilin fevralında işçilər kütləvi şəkildə ixtisar da edilib: “Beş min nəfərin tən yarısı ixtisara düşdü. Biz Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət hazırlayırıq”.

Qeyd edək ki, tikini şirkəti olan “Evrascon”un böhran keçirdiyi bildirilir. İşçilərin tətilə başlayacağı da verilən məlumatlar arasındadır. Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir, adını dəyişib. Bildirilir ki, ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarına yol verilib, milyonlarla vəsait təyinatı üzrə xərclənməyib. Şirkətin baş nazirin müavini Abid Şərifovun dəstəyi ilə fəaliyyət göstərməsi barədə məlumatlar da var. Şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda da, məsələn, Rusiya, Qazaxıstan, Özbəkistan və sair kimi ölkələrdə infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Şirkət 2013-cü ildə şirkət adını dəyişərək, “Avro-Asiya İnşaat Korporasiyası” “Evrascon” ASC olub. 

Bir müddət əvvəl “meydan.tv” yazmışdı ki, A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Şərifovların “Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir.



“Azərkörpü” ASC-nin uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsini həm biznes dairələri, həm də ictimaiyyət tikinti sektorunu “kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirirdi. Çox da uzaq olmayan 2011-ci ildə şirkət 260,2 milyon manatlıq, 2012-ci ildə isə 302,3 milyon manatlıq iş həcmi yerinə yetirib. Həm Şərifov, həm də şirkətin özü təbii ki, himayədarlıq faktını hər zaman inkar edib.  

“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar