Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abid Şərifovun şirkətində müdhiş fırıldaq: Həbslər var..


180 azərbaycanlı fəhləni qanunsuz yolla Qazaxıstana kim aparıb?


“EVRASCON” ASC-nin fəhlələrinə Qazaxıstan ərazisində işləmələri üçün icazə vərəqəsinin alınması üçün ayrılan pul mənimsənilib; Almatı Vilayət Məhkəməsi azərbaycanlıları həbs etməyə başlayıb

Qazaxıstanın Almatı Vilayət Məhkəməsi azərbaycanlı fəhlələrin həbsinə başlayıb. Fəhlələri Almatıya bu il mayın əvvəllərində işçilərin maaşını vermədiyinə görə adı mətbuatın gündəminə gələn “EVRASCON” ASC aparıb. Şirkətin Qazaxıstanın Almatı vilayətində tikinti işlərinin görülməsi üçün müqaviləsi olub. İndi bəlli olur ki, Bakıda işçilərin pulunu vermədiyi günlərdə şirkət Almatıda görüləcək işləri həyata keçirmək üçün 180 nəfər azərbaycanlı fəhləni Qazaxıstana yollayıb.

4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıblar. Ayda 2 dəfə olmaqla qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar, işlərini görüb ailələrinə çörəkpulu yollayıblar. Bir neçə gün əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb. 

Aldığımız məlumata görə, hər gün 10 nəfər olmaqla azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb  Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alırlar. 

Məsələ bu şəkil alandan sonra aydın olub ki, azərbaycanlı fəhlələrin bu dövlətin ərazisində işləmələri üçün icazə vərəqəsinin alınmasına pul ayrılsa da, mənimsənilib. “EVRASCON” ASC-nin daxilində baş vermiş mənimsəmə azərbaycanlı fəhlələrə baha başa gəlib - onlar vaxtaşırı saxlanılırlar. Üstəlik növbəti həbsləri zamanı daha bir neçə sutkalıq həbs artıq türmə həyatı ilə əvəz oluna bilər. 

Hazırda Qazaxıstanda olan “EVRASCON” ASC-nin işçilərdən biri adının çəkilməməsi şərti ilə baş verənlərlə bağlı “Yeni Müsavat” a danışmağa razılaşıb. Deyib ki, etiraz edən fəhlələr şirkətin Almatı filialının rəhbəri Ramiz Tağıyevin sərt təpkisi ilə üzləşir. İşçilər işdən çıxarılmaqla, yol xərci öz hesablarına olmaq şərti ilə Azərbaycana göndərilmək və digər bu kimi sözlərlə hədələnirlər. Belə bir durumla üzləşən azərbaycanlı fəhlələr çıxılmaz durumda qalaraq Qazaxıstan təcridxanasında sutkalıq cəza çəkməyə məcbur olurlar.

Bu şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan  “Azərkörpü” ASC-dir. Sadəcə adını dəyişib. Yeni adı “EVRASCON” ASC-dir. “Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə “Körpütikintidəstəsi-100" kimi başlayıb. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində təcrübə toplayıb. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. Şirkət 5 min 423 nəfərlə müqavilə bağlayıb. Şirkətin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar